Digər idman növləri
İran yığmasının futbolçusu həbs olundu

İran dövləti futbol üzrə milli komandasının üzvü Voria Qafurini həbs edib.
Futbolinfo.az xəbər verir ki, bu barədə Fars Xəbər Agentliyi məlumat yayıb.
35 yaşlı futbolçu hökuməti tənqid etdiyinə, ölkədə aylardır sürən etirazlara dəstək verdiyinə görə saxlanılıb.
İranın “Fulad” klubunun üzvü olan Qafuri Qətərdə keçirilən dünya çempionatı öncəsi milli komandanın düşərgəsindən qovulmuşdu. O, “milli komandanın reputasiyasını ləkələmək”, “dövlət əleyhinə təbliğat aparmaq” və “iğtişaşları dəstəkləmək”də günahlandırılır. İranın kürd azlığını təmsil edən futbolçu islam rejimini kəskin tənqid edənlərdən biri hesab olunur.
Xatırladaq ki, Qafuri 2018-ci ildə Rusiyada keçirilən dünya çempionatında İran millisinin heyətində yer alıb. Lakin o, Qətərdəki mundialın yekun siyahısına daxil edilməmişdi. Bunun məhz siyasi səbəblərlə bağlı olduğu bildirilir.

- Ölkə futbolu2023-12-01 01:58
“Qarabağ” Norveçdən 1 xalla qayıdır
- Ölkə futbolu2023-12-01 18:23
Hacıyev: “Çerçesov Azərbaycan millisini yeni səviyyəyə qaldıra bilər”
- Ölkə futbolu2023-11-30 16:31
Azərbaycanda oynamış norveçli: “Molde”ni müəyyən qədər üstün saymaq olar”
- Milli komanda2023-11-30 08:00
Uğura gedən yol: məşqçinin milliyyəti nə dərəcədə önəmlidir?