Dünya futbolu
İranın avropalılar üzərində ilk qələbəsi

İran Dünya Çempionatları tarixində ilk dəfə Avropa təmsilçisinə qalib gəldi. Bu, həm də cənub qonşularımızın avropalılardan top buraxmadığı ilk matçdır.
Uelsin qapıçısı Ueyn Hennesi isə meydandan qovulan 3-cü qapıçı oldu. 1994-də italiyalı Canluka Palyuka Norveçlə, 2010-da CAR-lı İtumelnq Kune Uruqvayla görüşlərdə qırmızı vərəqə görmüşdü.
İranın hücumçusu Sərdar Azmun isə başqa göstərici ilə önə çıxdı. O, Uelslə matçda bir dəqiqə ərzində iki dəfə topu dirəyə vurdu. Ötən tur ingilislərə matçda da tiri yoxlayan futbolçu hazırkı mundialdan bu baxımdan hamıdan öndədi.
Xatırladaq ki, 2-ci turun ilk matçında Uelsi 2:0 hesabıyla yenən İranın qrupdakı son rəqibi ABŞ olacaq.

Reklam
- Ölkə futbolu2023-02-02 11:12
“Kəpəz”də legioner alveri
- Ölkə futbolu2023-02-03 18:31
Bizim Miura: 53 yaşına kimi futbol oynayan “At Əli” – VİDEO
- Ölkə futbolu2023-02-02 13:10
“Zirə” nigeriyalı futbolçu ilə razılığa gəldi
- Müsahibə2023-02-02 15:11
Təmkin xaricdən dəvət gözləyir: o, formada qalmaq üçün futzal klubunu seçib