Digər idman növləri
İsayev Azərbaycanı təmsil edəcək – “Bellator”da
MMA döyüşçüsü Əli İsayev “Bellator”da bundan sonra Azərbaycan bayrağı altında çıxış edəcək.
Futbolinfo.az xəbər verir ki, bu barədə 31 yaşlı idmançı Rusiya mətbuatına açıqlama verib.
İsayev ona Azərbaycan pasportu ilə viza açıldığını bildirib: “Bu ölkə üçün yarışmışam, pasportum var idi. Başqa çarəm olmadığından gedib məsələni həll etdim. Onsuz da Rusiya pasportu ilə mənə heç bir halda viza verməyəcəkdilər”.
Xatırladaq ki, Əli İsayev daha əvvəl sərbəst güləşlə məşğul olub. O, 2019-cu ildə Azərbaycan millisinin heyətində 120 kq çəki dərəcəsində Avropa çempionu olub.
Əlinin “Bellator”da ilk rəqibi ABŞ təmsilçisi Stiv Mouri olacaq. İsayev bundan əvvəl keçirdiyi 9 döyüşün hamısında qalib gəlib.
- Müsahibə2024-04-18 08:00
Rezabala avrokuboka vəsiqə istəyir: “Səhv etməyə ixtiyarımız yoxdur”
- Ölkə futbolu2024-04-19 21:00
“Sumqayıt” avrokubok iddiasını davam etdirir
- Ölkə futbolu2024-04-19 08:52
Yüksək əmsal “Qarabağ”a əlavə üstünlük verir
- Digər idman növləri2024-04-18 17:00
Şahmat Federasiyası yeni loqonun hazırlanması ilə bağlı müsabiqə elan etdi