Digər idman növləri
İslamiada: Azərbaycan millisi yarımfinala vəsiqəni təmin etdi

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Türkiyənin Konya şəhərində təşkil olunan 5-ci İslam Həmrəyliyi Oyunlarında növbəti qələbəsini qazanıb.
Futbolinfo.az xəbər verir ki, Eldar Yusubovun rəhbərlik etdiyi millimiz B qrupundakı son matçında Kamerun yığmasına 3:1 hesabla qalib gələrək yarımfinala yüksəlib.
Azərbaycan millisi qrupda 8 xal toplayaraq lider olub. Millinin yarımfinaldakı rəqibi A qrupunun ikincisi (meydan sahibi Türkiyə və ya İran) olacaq. Yarımfinallar avqustun 14-də keçiriləcək.
Qeyd edək ki, Azərbaycanın qadın voleybol yığması daha əvvəl Seneqal və Əfqanıstana 3:0 hesabı ilə qalib gəlmişdi.
İslam Həmrəyliyi Oyunları
B qrupu
12 avqust
Kamerun – Azərbaycan 1:3 (31:29, 12:25, 8:25, 26:28)

- Ölkə futbolu2023-11-28 09:50
Gəncə stadionu yenidən qurulur – FOTOLAR
- Müsahibə2023-11-28 08:00
Yunis Hüseynov: “Orada bəziləri “Neftçi”ni fikirləşmirlər”
- Müsahibə2023-11-29 08:00
Nildo Azərbaycana qayıtmaq istəyir: “Xəzər Lənkəran”ın dağılması böyük itkidir”
- Ölkə futbolu2023-11-29 10:50
Qurban Qurbanov “Molde” ilə oyundan danışdı