Milli komanda
İslamiada: Azərbaycan millisi oynamadan qələbə qazandı
Türkiyənin Konya şəhərindəki V İslam Həmrəyliyi Oyunlarında iştirak edən 23 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası ilk qələbəsini qazanıb.
Futbolinfo.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, buna yığmanın B qrupunda bu gün qarşılaşmalı olduğu İran seçməsinin oyuna gəlməməsi səbəb olub.
Qarşılaşma baş tutmayacaq və rəqibə texniki məğlubiyyət veriləcək.
Xatırladaq ki, Azərbaycan millisi qrupdakı ilk matçında Səudiyyə Ərəbistanına 0:1 hesabı ilə uduzub. Samir Əliyevin baş məşqçisi olduğu yığma avqustun 12-də Mərakeşlə oynayacaq.
- Dünya futbolu2024-01-18 08:00
De Byazi “Neftçi”nin sabiq hücumçusunu “Torino”ya təklif etdi
- Premyer-liqa2024-01-18 17:00
Premyer Liqada qış bazarlığı – YENİLƏNİR
- Müsahibə2024-01-17 08:00
“Vəziyyəti xeyrimizə dəyişmək üçün hər şeyi edəcəyik”
- Ölkə futbolu2024-01-17 17:00
Şeydayevin “Kocaelispor”a keçidi rəsmiləşdi