Digər idman növləri
İslamiada: Azərbaycan Türkiyə və Kameruna qarşı
Türkiyənin Konya şəhərində keçirilən 5-ci İslam Həmrəyliyi Oyunlarında mübarizə aparan voleybol üzrə qadın və kişilərdən ibarət Azərbaycan yığmalarının növbəti rəqibləri müəyyənləşib.
Futbolinfo.az xəbər verir ki, yarımfinalda İran yığmalarına məğlub olan Azərbaycan milli komandaları avqustun 15-də bürünc medal uğrunda mübarizə aparacaqlar.
Kişilərdən ibarət yığmamız üçüncü yer uğrunda görüşdə Türkiyə kollektivi ilə üz-üzə gələcək. Qarşılaşma Bakı vaxtı ilə saat 11:00-da başlayacaq.
Qadın voleybolçulardan ibarət milli isə bürünc medal uğrunda matçda Kamerunu sınağa çəkəcək. Görüşün start fiti Bakı vaxtı ilə saat 14:00-da veriləcək.
İslam Həmrəyliyi Oyunları
Bürünc medallar uğrunda görüş
15 avqust
(Kişilər)
11:00. Türkiyə – Azərbaycan
(Qadınlar)
14:00. Azərbaycan – Kamerun
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə futbolu2024-04-23 08:00
“Səbail” “Sabah”a uduzsa…
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”