Digər idman növləri
İslamiada: Millimiz finala çıxdı, rəqib Türkiyə olacaq
Həndbolçu qadınlardan ibarət Azərbaycan milli komandası Türkiyənin Konya şəhərində keçirilən 5-ci İslam Həmrəyliyi Oyunlarında finala yüksəlib.
Futbolinfo.az xəbər verir ki, Selçuklu Beynəlxalq İdman və Konqres Mərkəzində təşkil olunmuş yarımfinal görüşündə rəqib Özbəkistan millisi olub.
Matçın ilk yarısı Azərbaycan millisinin üstünlüyü ilə tamamlanıb – 19:13. Fasilədən sonra da üstünlüyünü əldən verməyən Slavişa Ristiçeviçin baş məşqçi olduğu kollektiv sonda meydanı böyük hesablı qələbə ilə tərk edib – 40:27.
Azərbaycan millisi finalda Türkiyə ilə qarşılaşacaq. Təşkilatçı ölkə yığması yarımfinalda Kameruna qalib gəlib – 34:23.
- Ölkə futbolu2024-04-17 17:17
Kadiri yeni məşqçiyə uyğunlaşır: “Zamana ehtiyacımız var”
- Müsahibə2024-04-18 08:00
Rezabala avrokuboka vəsiqə istəyir: “Səhv etməyə ixtiyarımız yoxdur”
- Müsahibə2024-04-17 16:07
Sekidika çempionatın səviyyəsindən razıdır: “İstənilən komandanı məğlub etmək olar”
- I Liqa2024-04-17 17:34
Apellyasiya Arbitraj Tribunalı AFFA İntizam Komitəsinin qərarını dəyişdi