Dünya futbolu
İslandiya çempionatı vaxtından əvvəl başa çatdırıldı
Futbol üzrə İslandiya çempionatı və kuboku vaxtından əvvəl başa çatdırılıb.
Futbolinfo.az xəbər verir ki, bu barədə İslandiya Futbol Federasiyası məlumat yayıb.
Xəbərdə bu addımın koronavirus pandemiyası səbəbindən atıldığı diqqətə çatdırılıb. Qərar bu ilin iyununda qurumun idarə heyətinin açıqladığı təhlükəsizlik protokoluna uyğun olaraq qəbul edilib.
18 turdan sonra 44 xalı olan “Valyur” klubu sona 4 oyun qalmış çempion elan olunub. 2018/19 mövsümündə “Qarabağ”ın formasını geyinmiş İslandiya millisinin qapıçısı Hannes Halldorsson hazırda bu komandada çıxış edir.
- Ölkə futbolu2024-04-19 21:00
“Sumqayıt” avrokubok iddiasını davam etdirir
- Premyer-liqa2024-04-19 18:26
“Turan Tovuz” “Sumqayıt”a böyük hesabla məğlub oldu
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq