İspaniya millisi olimpiya turnirinin seçmə mərhələsi üçün heyətini açıqlayıb.

Tanınmışlar arasında “Makkabi”nin pleymeykeri Lorenzo Braun, “Memfis”in hücumçusu Santi Aldama, “Real”ın üzvləri – müdafiəçi Serxio Yul və hücumçu Rudi Fernandes, “Panatinaikos”un hücumçusu Xuan Hernanqomez və onun qardaşı, “Barselona”nın mərkəz basketbolçusu Gilyermo var.

Ən diqqətçəkən məqam isə Riki Rubionun heyətdən kənarda qalmasıdır.

Xatırladaq ki, seçmə turnir iyulun 2-dən 7-dək Valensiyada keçiriləcək. İspaniya Livan və Anqola ilə A qrupunda yer alıb.

cd9ef7cf 49e1 47a8 92a1 c4c1fa7a7553 - Futbolinfo.az
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp