Premyer-liqa
“İstədiyimiz oyunu sərgiləyə bilmədik” – Mahmud Qurbanov
“Səbail”in baş məşqçisi Mahmud Qurbanov Misli Premyer Liqasının 2-ci turu çərçivəsində “Turan Tovuz”a qarşı keçirdikləri oyunu şərh edib.
Futbolinfo.az xəbər verir ki, o, 0:1 hesabıyla məğlub olduqları matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
- İlk qələbəmizi qazanmaq istəyirdik. Çalışdıq. Heç də pis başlamamışdıq. İkinci hissədə rəqibinin ilk hücumu qol oldu. Futboldur. Qarşıdakı oyunlara baxacağıq. Çalışacağıq ki, qələbə qazanaq.
- Matç ərzində hakimlərə iradınız çox olurdu. Buna səbəb nə idi?
- Hakimlərə o qədər də irad yox idi. Bəzi epizodlar var idi ki, fərqli qərarlar qəbul olunmalı idi. Olur belə şeylər. Kiçik epizodlar idi.
- Bu gün “Turan Tovuz” qələbəyə layiq idi, yoxsa “Səbail” zəif oynadı?
- Düşünürəm ki, “Turan Tovuz” yaxşı müdafiə olundu. İstədiyimiz oyunu sərgiləyə bilmirdik. Cinahlarımız o qədər də fəal deyildi.
- Ölkə futbolu2024-04-16 13:19
AFFA-da fırtınaqabağı sakitlik: maliyyə yoxlaması davam edir
- Ölkə futbolu2024-04-17 10:49
12 komandalı çempionat: necə etməli?
- Ölkə futbolu2024-04-16 09:10
Lunyov “Qarabağ”dan ayrıla bilər
- Ölkə futbolu2024-04-17 09:23
Mirzov “Neftçi”dən ayrılır: Premyer Liqadan təklifləri var