Bizi izləyin

Milli komanda

İsveç indi qorxulu deyil – özümüz özümüzə problem yaratmasaq…

blank
blank

Millimiz Avropa çempionatının seçmə mərhələsinin ilk turunda məğlubiyyət acısı yaşadı. AÇ-1996-nın seçmə mərhələsindən bugünə qədər komandamız ilk oyunlarda Rumıniya, Slovakiya, İtaliya, Serbiya, Almaniya, Bolqarıstan və Xorvatiya yığmalarına məğlub olmuşdusa, bu dəfə Avstriya seçməsi ilə oyunda xal üzünə həsrət qaldıq.

Hərçənd, AÇ-nin son iki tsiklində abırlı hesabla uduzmuşduq. Məsələn, AÇ-2016-nın seçmə mərhələsində bolqarlara, 4 il sonra isə xorvatlara 1:2 hesabı ilə boyun əymişdik.  Amma bu dəfə Avstriya millisi bizə qarşı daha amansız oldu.

Bəli, nöbbəti pis gün geridə qaldı. Qarşıda bizi daha pis günlər gözləyir. Evdə Belçika yığmasına 0:3 hesabıyla məğlub olan İsveç millisinin bizə hansı gözlə baxmasını təsəvvür etmək elə də çətin deyil. Təbii ki, azarkeşlərinə həmin fiaskonu unutdurmaq, həmçinin final mərhələsinə vəsiqəni qazanmaq üçün hər şeyə yenidən başlamaq istəyən bir komandanın qrupun autsayderlərindən biri ilə oyunda büdrəməyə haqqı yoxdur. Ona görə də İsveçdəki oyunda bizi nə gözlədiyini təsəvvür etmək elə də çətin deyil.

Avstriya yığması ilə oyunda müdafiədə elə bərbad oynadıq ki, isveçlilərlə görüşə resept hazırlamaq həqiqətən də gülünc görünəcək. Amma istənilən halda, meydana məğlub vəziyyətdə çıxmağa da haqqımız yoxdur. Əks halda, niyə futbol oynayırıq?!

Mətləbdən yayınmadan rəqibi təhlil etməyə keçək.  Görəsən, skandinavlar bizə qarşı hansı silahlardan istifadə edə bilər?

Əslində, İsveç millisi ilə DÇ-2002-nin təsnifat mərhələsində qarşılaşdığımıza görə rəqib bizim üçün yad komanda deyil. Doğrudur, həmin görüşlər uzaq keçmişdə olduğundan hansısa müqayisədən danışmaq yersiz olardı. Amma hər nə qədər ifaçılar dəyişsə də, üslub dəyişməyib. Skandinavlar yenə öz dəst-xəttlərinə sadiq qalır. Fiziki gücə söykənən və standart vəziyyətlərdən məharətlə istifadə edən komandalara qarşı oyunumuz “tutmadığından” yenə meydanda cəhənnəm əzabı yaşayacağıq. Hər nə qədər “Qarabağ” avrokuboklarda Skandinaviya ölkələrinə qarşı uğurlu çıxış etsə də, yığma səviyyəsində oyunlarda vəziyyət 180 dərəcə dəyişir.

DÇ-2002-nin seçmə mərhələsində evdə 0:1, səfərdə isə 0:3 hesabıyla məğlub olduğumuz rəqibi bu dəfə nə ilə təəccübləndirə bilərik? Əlbəttə, De Byazi öncə müdafiədəki problemləri həll etməlidir. İstər müdafiənin mərkəzi, istərsə də cinahlar rəqibinin təzyiqini tam olaraq aradan qaldıracaq gücdə deyil. Məsələn, Avstriya ilə oyunda sağda Höccət Haqverdi, solda Elvin Cəfərquliyev reydləri qarşılayacaq səviyyədə deyildi. Müdafiənin mərkəzində Bəxtiyar Həsənalızadənin bərbad oyunundan isə danışmağa dəyməz. Yarımmüdafiə xətti də rəqibin hücumlarını qarşılaya bilmirdi. Eddi İsrafilov və Riçard Almeyda ancaq qayda pozuntuları ilə rəqibi saxlamağa cəhd edirdi. Yəqin ki, De Byazi İsveçlə oyunda heyət və taktiyaya yenidən əl gəzdirməli olacaq.

Faydalılıq əmsalı aşağıdırsa, meydana hansı futbolçuların çıxmasının heç bir önəmi olmayacaq.  Belə vəziyyətdə isveçlilərin heyəti də önəm kəsb etməməlidir. İstənilən halda, Avropanın aparıcı çempionatlarında oynayan rəqib futbolçular bizimkilərə futbol dərsi keçməyə hazır olacaq. Amma yenə də onları təhlil etməliyik.

Belçika ilə oyunda olduğu kimi, böyük ehtimalla bizə qarşı görüşdə də qapı “Aston Villa”nın “çərçivə” qoruyucusu Robin Olsenə həvalə olunacaq. Birmingem klubunda Argentina millisi ilə dünya çempionluğunu qazanmış Emiliano Martinesin kölgəsində yatan 33 yaşlı qolkiperin hazırda ideal formada olmadığını söyləməliyik. Amma Belçika ilə oyunda Lukakunun vurduğu 3 topda onu günahlandırmaq doğru olmazdı. Yeri gəlmişkən, “Qarabağ” “Kopenhagen”i adlayıb ÇL-in qrup mərhələsinə vəsiqə qazanarkən, Danimarka çempionunun qapısını da məhz Olsen qoruyurdu. Tofiq Bəhramov adına respublika stadionunda Mahir Emreli, “Parken”də isə Dino Ndlovu onun qapısına yol tapa bilmişdi. Təbii ki, onu yenə də məyus etmək əla olardı. Amma yuxarıda da qeyd etdiyimiz kimi, “bu həna o hənadan deyil”.

Belçika ilə oyunda İsveçin müdafiə xəttinin sol cinahının bərbad vəziyyətdə olduğunu xüsusi qeyd etməliyik. Belçikalılar hər 3 qolu məhz o cinahdakı reydlərin sayəsində vurdu. Həmin oyunda isə bu cinah “Malyorka”nın müdafiəçisi Lüdviq Auqustinsona həvalə olunmuşdu. Bu dəfə Yanne Andersonun ona güvənib-güvənməyəcəyini söyləmək çətindir. Amma son 4 oyunda bu cinahda məhz Auqustinson meydana çıxır.  Ona görə də əsas hücumlarımızı məhz onun cinahından həyata keçirmək lazımdır.  Bu amili nəzərə alıb De Byazi məhz Ramil Şeydayevi bu tərəfdən hücumlara qoşmalıdır. Amma nədənsə italiyalı mütəxəssis son oyunlarda “Qarabağ”ın futbolçusunu sol tərəfə yönləndirir.  Varlığı ilə yoxluğu bilinməyən Ozan Can Kökcü İsveçin axsayan cinahında mübarizə aparsa, bundan heç bir effekt ala bilməyəcəyik.

Belçika ilə görüşdə “Mançester Yunayted”də artıq start heyətində yerini itirmiş Viktor Lindelöf də ümidləri doğrultmadı. Lukaku onun qərarlaşdığı mövqedə elə rahat qollar vurdu ki… Əlbəttə, Lukaku Lindelöfün öhdəsindən gələ bildiyinə görə dünyanın ən güclü hücumçularından biri sayılır. Bizdən Renat Dadaşovun belə qəhrəmanlıq edəcəyini gözləməyə dəyməz. Amma yenə də zəif olduqlarını xatırlatmaq lazımdır. Qalanı bizimkilərin boynuna.

Elə Lindelöflə müdafiənin mərkəzinə cavabdehlik daşıyan “Börnli”nin arxa xətt oyunçusu Hyalmar Ekdal da ümidi doğrultmadı. Amma onun millinin heyətində cəmi 4-cü oyununa çıxmasını da nəzərə almaq lazımdır. Ümumiyyətlə, Lindelöf və Auqustinsonu istisna etsək, İsveçin müdafiəçilərinin heç biri yığmanın heyətində 10 oyun belə keçirməyib. Təcrübəsiz oyunçulardan qurulan bu müdafiə xəttinin nə üçün Belçikadan 3 sillə yediyini müəyyənləşdirmək çətin deyil. “Tre Krunnur”un sağ cinah müdafiəçisi Linus Valkvist isə Polşanın “Poqon” klubunda çıxış edir. Əslində, bu cinahdan da onların cərimə meydançasına sızmaq olar.

İsveçin dayaq yarımmüdafiəçilərini də tərifəmək mümkün olmayacaq.  Belçika ilə oyunda “Midtyulland”lı Kristoffer Ollsonla “Hakken”li Samuel Qustaffson işinin öhdəsindən layiqincə gələ bilmədi. Kobud oyuna üstünlük verən hər iki yarımmüdafiəçi sarı vərəqə ilə cəzalandı. Hətta Olsson 64-cü dəqiqədə yerini “Koventri Siti”nin hücumçusu Viktor Dyökerişə verdi.  Ona görə də mümkün qədər onların ağır dayaq yarımmüdafiəçilərini təzyiq altında saxlamaq lazımdır.

Amma bundesliqada çıxış edən iki cinah yarımmüdafiəçisinə xüsusi diqqət ayırmalıyıq. Məsələn, Avstriya ilə oyunda Marsel Zabitserə qarşı diqqətsizliyimizi “Leypsiq”in liderlərindən olan Emil Forsberqə qarşı da etsək, onda yenə “pis döyüləcəyik”. İsveçlilərin aparıcı üzvlərindən olan Emili zərərsizləşdirməyi bacarsaq, işimizi yarıbayarı asanlaşdıracağıq. Elə əks cinahda “Volsburq”un insaydı Mattias Svanberqi də unutmaq olmaz. Bu mənada nəinki cinah müdafiəçilərimizə, həmçinin hücumameyilli və dayaq yarımmüdafiəçilərimizin üzərinə böyük yük düşəcək. Onların qarşısını komanda şəklində kəsərli pressinq tətbiq etməklə almalıyıq, daha Avstriya ilə oyunda olduğu kimi qayda pozuntuları ilə yox. Çünki elə bir rəqibə qarşı oynayacağıq ki, onlar qayda pozuntularından sonra standrt vəziyyətlərlə başımıza oyun aça bilərlər.

Hə, gəldik İsveçin əsas silahlarına. Fikrimcə, “Tottenhem”in hücumçusu Deyan Kuluşevski ilə “Nyukasl”ın vuran ayağı Aleksander İsakı təqdim etməyə ehtiyac yoxdur. Hələ oyuna sonradan qoşulan dünya futbolunun əfsanəsi və qocalmayan Zlatan İbrahimoviçdən danışmırıq. Amma adlarını çəkdiyim bu oyunçulardan ikisi zədəsini yenicə sağaldaraq sıraya dönübsə, Kuluşevski yanvarın 19-dan bəri “Tottenhem”də qol vurmur. Təbii ki, bu məqamlar bizim üçün bir qədər təsəlli ola bilər. Amma millimiz elə vəziyyətdədir ki, bu mövsüm Çempionşipdə oyun çıxaran Dyökeriş belə şans qazansa, bizə çətin anlar yaşada bilər. Ona görə də rəqibin əsas silahlarına qarşı intizamlı oynamaqla nəyəsə ümid etmək olar.

Müdafiədə böyük problemlər yaşayan İsveçi nə iləsə təəccübləndirə bilərik. Amma özümüz də müdafiədə bərbad oynadığımızdan onların zəif yerlərini axtarmaqla “çulumuzu sudan çıxara bilməyəcəyik”. İsveçlə oyunda əsas rəqibimiz özümüz olacagıq. Görək, De Byazi komandanı bu görüşə necə hazırlayacaq? Son mundiala yollana bilməyən, ideal formada olmayan İsveç elə də qorxulu komanda deyil. Sadəcə, bir neçə yüksək səviyyəli hücumameyilli oyunçuları var. Komanda olaraq normal müdafiə olunsaq, bəlkə də evə xalla qayıda bilərik.

ABBAS

Reklam

Reklam


blank
Premyer-liqa2024-04-12 01:39

“Sumqayıt” – “Zirə” matçının təyinatları açıqlandı

blank
Digər idman növləri2024-04-12 01:33

Azərbaycan çempionatına start verilib

blank
Digər idman növləri2024-04-12 01:32

Azərbaycan badmintonçusu AÇ-nin 1/4 finalında

blank
Digər idman növləri2024-04-12 01:29

“Xırdalan” qalib gəldi, dördüncü pilləyə yüksəldi

blank
Dünya futbolu2024-04-12 01:20

“Fənərbaxça” yunanlara ilk oyunda məğlub oldu

blank
Ölkə futbolu2024-04-12 01:10

Avroliqa: “Liverpul”la “Milan” evdə uduzdu

blank
Digər idman növləri2024-04-12 00:29

“Anadolu Efes” növbəti mərhələdə

blank
Dünya futbolu2024-04-11 23:58

“Fənərbağça”ya texniki məğlubiyyət verildi

blank
Digər idman növləri2024-04-11 23:41

İki boksçumuz Avropa birinciliyinin yarımfinalında

blank
Digər idman növləri2024-04-11 19:01

Nadal Barselonada ilk məşqinə çıxdı

blank
Digər idman növləri2024-04-11 18:42

Avstraliya ilkin heyəti açıqladı

blank
Digər idman növləri2024-04-11 18:20

MBA-da pley-offun ilk cütlüyü məlum oldu

blank
Digər idman növləri2024-04-11 18:02

Kobi Brayantın forması 1,75 milyon dollara satıldı

blank
I Liqa2024-04-11 17:45

“Şamaxı” evdə xal itirdi

blank
Dünya futbolu2024-04-11 17:31

Bəxtiyar baş məşqçisiz qaldı

blank
Digər idman növləri2024-04-11 17:00

Azərbaycan növbəti dəfə cüdo üzrə Avropa Kubokuna ev sahibliyi edəcək

blank
Dünya futbolu2024-04-11 16:27

Markinyos Pilorjeni ötdü

blank
Dünya futbolu2024-04-11 16:04

“Tottenhem” Uilyams üçün tələb olunan məbləği ödəyəcək

blank
Ölkə futbolu2024-04-11 15:45

“İrəvan”da qalmaqal: klub prezidenti saxlanıldı

blank
Dünya futbolu2024-04-11 15:27

Leao “Arsenal”ın hədəfində

blank
Layihə2024-04-11 15:07

COP29: Ekoloji təmizlik naminə Formula 1 üçün yeni tələblər vacibdir

blank
Dünya futbolu2024-04-11 14:48

PSJ Osimhen üçün 120 milyon avro ödəyəcək

blank
Dünya futbolu2024-04-11 14:29

Çempionlar Liqasının rekordu təkrarlandı

blank
Ölkə futbolu2024-04-11 14:10

AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti

blank
Dünya futbolu2024-04-11 13:51

Suşiç İngiltərəyə can atır

blank
Ölkə futbolu2024-04-11 13:34

Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…

blank
Dünya futbolu2024-04-11 13:17

Klopp istirahət edəcək: “Qocalana qədər gözləmək istəmirəm”

blank
Müsahibə2024-04-11 13:00

İspan futbolçu: “Tovuzlu azarkeşlər ölkənin ən yaxşı azarkeşləridir”

blank
Ölkə futbolu2024-04-11 12:40

“Ardıcıl iki matçda uduzmaq heç də xoş deyil”

blank
Dünya futbolu2024-04-11 12:19

Xavi gedəcəyini deyəndən bəri…

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm