Dünya futbolu
Joao Feliks: “İndi transfer barədə danışmağın zamanı deyil”

Joao Feliks yeni klubu ilə bağlı suallara cavab vermək istəmir. “Atletiko”dan ayrılacağı şübhə doğurmayan oyunçu hələlik bu barədə düşünmür.
Futbolinfo.az xəbər verir ki, Madrid klubu rəhbərliyi yarımmüdafiəçini satmağa hazır olduqlarını bildiriblər. Buna səbəb futbolçunun “Atletiko”nun baş məşqçisi Dieqo Simeone ilə anlaşa bilməməsidi.
İspaniya təmsilçisi futbolçunun 120-130 milyon avroya satılacağını bəyan edib. Artıq bir neçə ingilis klubu onun üçün təklif də göndərib. Joao isə mundiala konsentrasiya olmaq istədiyini, transfer məsələlərinə Dünya Çempionatından sonra aydınlıq gətirəcəyini bildirib.
Portuqaliya millisinin üzvü çempion olmaq istəyir: “Tamamilə qarşıdakı matçlara köklənmişəm. Burada ölkəmi təmsil edirəm. İndi transfer barədə danışmağın zamanı deyil”.

Reklam
- Ölkə futbolu2023-01-30 20:07
“Qarabağ” Ovusunun ayrılığını rəsmən açıqladı
- Ölkə futbolu2023-01-30 13:02
“Aris” Kipr mətbuatının xəbərini təkzib edir: “Qarabağ”dan əlaqə saxlayan olmayıb”
- Premyer-liqa2023-01-30 09:00
“Sumqayıt” bu gün “Turan Tovuz”la qarşılaşır
- Ölkə futbolu2023-01-29 12:57
“Azərbaycan millisində oynaya bilərdim, imtina etdim”