Premyer-liqa
“Kəpəz” “Araz-Naxçıvan”a, “Səbail” “Qarabağ”a qarşı

Bu gün Misli Premyer Liqasında 5-ci tura yekun vurulacaq.
Futbolinfo.az xəbər verir ki, sonuncu oyun günündə daha iki görüş baş tutacaq.
Əvvəlcə “Kəpəz” doğma meydanda “Araz-Naxçıvan”la üz-üzə gələcək. Turun son matçında isə “Səbail” son çempion “Qarabağ”ı qəbul edəcək.
Xatırladaq ki, turun əvvəlki oyunlarında “Sabah” evdə “Turan Tovuz”a (0:3), “Sumqayıt” “Neftçi”yə (0:1) məğlub olub, “Qəbələ” isə “Zirə” üzərində qələbəyə (1:0) sevinib.
Misli Premyer Liqası
5-ci tur
3 sentyabr
“Kəpəz” – “Araz-Naxçıvan”
Hakimlər: Kamran Əliyev, Rəhman İmami, Teymur Teymurov, Əli Əliyev.
Gəncə şəhər stadionu, 17:00.
“Səbail” – “Qarabağ”
Hakimlər: Kamranbəy Rəhimov, Elşad Abdullayev, Zöhrab Abbasov, İslam Məmmədov.
“ASCO Arena”, 19:30.

- Ölkə futbolu2023-12-01 18:23
Hacıyev: “Çerçesov Azərbaycan millisini yeni səviyyəyə qaldıra bilər”
- Layihə2023-12-01 10:37
Öncə Qafqazda birinci olmalıyıq – MÜQAYİSƏLİ TƏHLİL
- Müsahibə2023-12-02 08:00
Riçard Almeyda: “Adətən belə hadisələr futbolçu dünyasını dəyişəndə baş verir”
- Dünya futbolu2023-12-02 23:00
Şahruddin 3 qola üzüldü, “Qalatasaray” inamlı qələbəyə sevindi