Ölkə futbolu
“Kəpəz” azarkeşlərindən maraqlı pankart

“Kəpəz” azarkeşləri “Neftçi”yə qarşı Azərbaycan Premyer Liqasının 2-ci tur oyununda maraqlı pankart açıblar.
Futbolinfo.az xəbər verir ki, azarkeşlər komanda ev oyunlarını Gəncə şəhər stadionunda keçirə bilmədikləri üçün narazılıq ediblər.
Pankartda “Oğul sözlərimə yaxşı qulaq as, stadionsuz klub liqada olmaz” yazılıb. Onlar bununla Nizami Gəncəvinin “Oğlum Məhəmmədə nəsihət” şeirinə nəzirə ediblər.
Gəncə şəhər stadionunda oyunların keçirilməsinə icazə verilmədiyi üçün “Kəpəz” ilk turda “Zirə”ni “Dalğa Arena”da qəbul edib. Komanda növbəti ev matçlarını Qəbələ şəhər stadionunda keçirəcək.

- Premyer-liqa2023-09-01 14:00
Klublarımızın yay bazarlığı – YENİLƏNİR
- Ölkə futbolu2023-09-01 09:29
Yenidən Avropa Liqasının qrupunda… Və yenə yalnız “Qarabağ”la
- Ölkə futbolu2023-09-02 08:00
“Sabah” muradına çatmasa, Murad sabaha qalmayacaq
- Müsahibə2023-09-01 08:00
Andrade İngiltərədən rəqib istəyir: “Bu, son deyil”