Ölkə kuboku
“Kəpəz”də 3 zədəli

Azərbaycan Kuboku uğrunda 1/8 final matçında bu gün “Sumqayıt”ı qəbul edəcək “Kəpəz”də ciddi itkilər var. Gəncəlilər zədə üzündən bəzi futbolçuların xidmətindən yararlana bilməyəcək.
Futbolinfo.az əbər verir ki, zədə səbəbindən Samir Məhərrəmli, Əfran İsmayılov və Elvin Yunuszadə matçda iştirak edə bilməyəcək. Onlar komandanın son məşqlərində iştirak etməyib.
Məhərrəmli və İsmayılov sağalsalar da, oyuna hazır deyillər. Bu üzdən baş məşqçi Tərlan Əhmədov onlara şans verməyəcək.
