Bizi izləyin

Premyer-liqa

“Kəpəz”in bəd seriyası qırıldı, “Sumqayıt”la “Şamaxı”nın yox

blank
blank

Premyer Liqanın 8-ci turu qeyri-məhsuldar keçən oyunlarla bitdi. Bazar günü baş tutan matçlarda cəmi bir qol vuruldu.

Keçirdiyi bütün oyunlarda qol buraxan “Şamaxı” ənənəsinə sadiq qaldısa, “Kəpəz” tilsimi qırdı. Amma gəncəlilər buna görə “Sumqayıt”a minnətdar olmalıdı. Çünki “kimyaçılar” bir penalti qolu istisna olmaqla, zatən bu mövsüm fəqlənə bilməyib. Ona görə də “Kəpəz”in “dişsiz” komanda qarşısında duruş gətirməsi gözlənilən idi.

“Sabah” Şamaxı səfərində xal itkisinə çox yaxın idi. Oyuna arxayın çıxan paytaxt klubu az qala bunun cəzasını çəkəcəkdi. Murad Musayevin yetirmələri yalnız son dəqiqələrdə özünə gəldi və təzyiqi artıran kimi qələbə qolunu vurdu. Həmin qol olmaya da bilərdi və yəqin ki, “Sabah”ın düşərgəsində də bunu anlayırlar və növbəti oyunlar üçün bu qarşılaşma dərs oldu.

“Sabah”ın alışdığımız futbolu sərgiləməməsinin bir səbəbi də hava şəraiti idi. İsti havada süni qazon üstündə günorta vaxtı meydana çıxmaq Murad Musayevin yetirmələri üçün yenilik idi. Stadionda işıqlandırma sistemi olmadığından, bu vəziyyətdə oynamağa öyrəşmiş “Şamaxı”dan fərqli olaraq, qonaqların çətinlik çəkdiyi hiss edilirdi.

İstənilən halda, qələbə təmin edildi və “Sabah” yenidən 2-ci pillədədi. “Şamaxı”nın durumu isə gündən-günə pisləşir. Hələ də qələbə qazanmayan komandanın məşqçisi Cavid Hüseynovun matçdan sonra dedikləri isə gülünc bəhanədi. “Şamaxı”nın gənc yerli futbolçuları üzə çıxarmaq strategiyasını seçdiyini deyən Hüseynov, “nəticələri gözümüzə soxmayın” açıqlamasıya alqış qazanmadı. Çempionat xal yarışıdı, təbii ki, hamı nəticə üçün çalışır və geridə qalan qınanmalıdı.

Hüseynovun gənclərlə bağlı dedikləri isə mənasızdı. Çünki “Şamaxı” məğlubiyyətlərə adət edən yeni nəslə güvənib. Ardıcıl məyusluqlar bu futbolçuların psixoloji durumuna təsir edir və onları başıqapazlı imicinə öyrəşdirir. Yalançı strategiya ilə özünə bəraət qazanmağa çalışmaq əbəsdi.

Yeri gəlmişkən, Hüseynovun əsl baş məşqçi olduğunu, komandaya onun cavabdehlik daşıdığını bilirik. Lakin PRO kateqoriyası olmadığından, onu rəsmi sənədlərdə Vüqar Əsgərli əvəzləyir. Rəsmi baş məşqçinin son mətbuat konfransına çıxmaması isə sağlıq durumu ilə bağlıdı. Son oyunda səhhəti pisləşən Əsgərlini məcburiyyətdən Hüseynov əvəzləyib.

Bu faktı da təsadüfən xatırlatmadıq. Matçın son dəqiqələrinə kimi kefi yerində olan, əvəzlənən futbolçularla qucaqlaşan Vüqar bəy son dəqiqə qolundan sonra o vəziyyətə düşdüsə, görün həftələrdi eyni travmaları alan gənc futbolçular hansı durumdadı. “Şamaxı” gəncləri yetişdirməklə yox, onları mənəvi cəhətdən sındırmaqla məşğuldu.

Bölgədəki qarşılaşmada son dəqiqədə hesab açıldısa, Sumqayıtda azarkeşlər bir qola da həsrət qaldı. Son pillələrdən qurtulmaq uğrunda mübarizədə “Kəpəz”in yerli komanda ilə görüşü xal bölgüsü ilə yadda qaldı. Samir Abasov Aleksey Baqadan miras qalmış bərbad komandaya yeni nəfəs gətirə bilmədi. Hətta lazımsız legionerlərin əksəriyyətinin heyətə salınmaması da vəziyyəti dəyişmədi. Qola həsrət “Sumqayıt”ın oyununda ciddi irəliləyiş görmədik.

Əksinə, “Kəpəz” qələbəyə layiq idi. Penaltini qola çevirə bilməyən qonaqlar, daha bir neçə epizodda bəxtsizliklə üzləşdi. Tərlan Əhmədovun gəlişindən sonra nisbətən özünə gələn Gəncə təmsilçisi gələcəkdə əldən qaçırılan bu şansa görə çox təəssüflənəcək.

Autsayderlərin ya uduzması, ya da bir-birinə badalaq vurmasıyla yadda qalan tur favoritlərin bir qədər də uzaqlaşmasıyla nəticələndi. Hələ bir dövrə bitməyib, lakin turnir cədvəlində ciddi qütbləşmə əmələ gəlib. Premyer Liqada komanda sayının artırılması hamının inkişafı demək deyil, aşkar fərqlər göz deşir, rəqabətin yüksəlməsindən danışa bilmirik.

CAVAD

Reklam

Reklam


blank
Ölkə futbolu2022-12-02 09:00

“Səbail”, Kerjakova nə gərək var?

blank
Digər idman növləri2022-12-02 01:44

“Murov” Niderland klubuna ilk oyunda məğlub oldu

blank
Premyer-liqa2022-12-02 01:15

“Neftçi” – “Qarabağ” matçının hakimləri bəlli oldu

blank
Ölkə futbolu2022-12-02 00:56

DÇ-2022: Almaniya dayandı, Yaponiya və İspaniya 1/8 finala çıxdı

blank
Ölkə futbolu2022-12-01 23:58

“Neftçi” “Qarabağ”la oyuna hazırlığı başa vurdu

blank
Ölkə futbolu2022-12-01 23:05

“Neftçi”də yeni rəhbərlik: SOCAR prezidenti, təhsil naziri və başqaları var

blank
I Divizion2022-12-01 22:47

“Araz Naxçıvan” Premyer Liqaya gəlməyəcək: sponsorlar geri çəkildi

blank
Dünya futbolu2022-12-01 22:35

Messi yeni müqaviləyə razılaşdı

blank
Dünya futbolu2022-12-01 22:20

“Hətta dünya çempionluğu da qərarıma təsir etməyəcəkdi”

blank
Ölkə futbolu2022-12-01 22:04

“Neftçi”də hesabat günü

blank
Dünya futbolu2022-12-01 21:53

Belçika millisi baş məşqçisiz qaldı

blank
Dünya futbolu2022-12-01 21:39

UEFA “Yuventus” haqda araşdırmaya başladı

blank
Dünya futbolu2022-12-01 21:28

Afrikalılardan yeni rekordlar

blank
Dünya futbolu2022-12-01 21:19

Salvador kimi Kanada

blank
Digər2022-12-01 20:37

Gələn il Azərbaycanda 57 turnir keçiriləcək

blank
Ölkə futbolu2022-12-01 20:05

Lider xal itirdi, bir oyun yarıda qaldı

blank
Digər idman növləri2022-12-01 19:43

Azərbaycan kubokuna start verildi

blank
Ölkə futbolu2022-12-01 19:19

“Qəbələ” zədəlilərin durumunu açıqladı

blank
Digər idman növləri2022-12-01 18:44

Şəhriyar Məmmədyarov rapid turnirində 6-cı oldu

blank
Dünya futbolu2022-12-01 18:33

Mbappeyə meydan oxudu: “Onu tək dayandıracağam”

blank
Ölkə futbolu2022-12-01 18:19

“Neftçi” Ayaz üçün 300 min avro təklif etdi – millimizdə çıxış edəcək

blank
Ölkə futbolu2022-12-01 17:51

Meza Kolli “Neftçi”yə qayıdır

blank
Ölkə futbolu2022-12-01 17:35

“Qəbələ”nin legioneri “50”yə çatdı

blank
I Divizion2022-12-01 17:11

Liderdən doğma meydanda inamlı qələbə

blank
Dünya futbolu2022-12-01 16:50

Xavyer Tebas: “Barselona”ya fərq qoya bilmərik”

blank
Əvəzedicilər2022-12-01 16:33

Rauf Əliyev Gəncədəki durumundan məmnundur: “Başqa təklif yoxdur”

blank
Dünya futbolu2022-12-01 16:27

“Kessye heç vaxt indi olduğu qədər xoşbəxt olmaylıb”

blank
Ölkə futbolu2022-12-01 16:15

“Şamaxı”da yeni hücumçu

blank
I Divizion2022-12-01 15:53

I Divizionda XIII turun oyun cədvəli

blank
Ölkə futbolu2022-12-01 15:36

AFFA-dan “Qarabağ” üçün seminar

blank
Premyer-liqa2022-11-29 20:11

“Qəbələ” Sumqayıtdan 1 xalla qayıtdı – VİDEO

blank
Premyer-liqa2022-11-29 17:21

“Turan Tovuz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2022-11-28 21:39

Rəşad Sadıqov: “Belə xallar çempionatın sonunda çox dəyərli olur”

blank
Premyer-liqa2022-11-28 21:27

“Zirə” “Qarabağ”dan belə xal aldı – VİDEO

blank
Premyer-liqa2022-11-28 17:28

“Şamaxı” və “Kəpəz”dən hərəyə 1 qol və 1 xal – VİDEO

blank
Ölkə futbolu2022-11-28 11:21

Fariz Nəcəfov: “Müharibədə ölməkdən bir an belə qorxmamışam” – VİDEO

blank
Premyer-liqa2022-11-27 18:45

Emin Mahmudov het-trik etdi, “Neftçi” 3 xala sevindi – VİDEO

blank
Ölkə kuboku2022-11-23 20:10

“Sabah” 1/4-ə darmadağınla yüksəldi – VİDEO

blank
Ölkə kuboku2022-11-23 18:40

“Zirə” 2 cavabsız qolla 1/4 finalda – VİDEO

blank
Ölkə kuboku2022-11-23 16:54

Rəşad Sadıqov “Mingəçevir” üzərindəki qələbədən danışdı – VİDEO

blank
Ölkə kuboku2022-11-23 11:01

“Səbail” 4 cavabsız qolla 1/4 finalda – VİDEO

blank
Ölkə kuboku2022-11-22 17:45

“Turan Tovuz”a 1 qol bəs etdi – VİDEO

blank
Milli komanda2022-11-20 22:44

Millimizin Skopye zəfəri – VİDEO

blank
Milli komanda2022-11-17 10:21

Millimizin Kişinyov zəfəri – VİDEO

blank
Ölkə futbolu2022-11-16 16:06

“Sabah”dan bombardiri ilə yeni müqavilə

blank
Ölkə futbolu2022-11-14 18:40

Yevlaxda futbol sevinci – VİDEO

blank
Premyer-liqa2022-11-13 20:13

“Qarabağ”ı büdrədən tapıldı – VİDEO

blank
Premyer-liqa2022-11-13 18:04

Qərb derbisində heç-heçə – VİDEO

Premyer-liqa2022-11-13 17:42

Tərlan Əhmədov: “Bu gün məğlub da olsaydıq, komandadan razı qalardım” – VİDEO

blank
Premyer-liqa2022-11-13 17:23

Ayxan Abbasov: “Xal, qələbə üçün çox əziyyət çəkmək lazımdır” – VİDEO

blank
Premyer-liqa2022-11-12 21:55

“Neftçi”dən inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2022-11-12 19:36

Rəşad Sadıqov: “Onlar səviyyəcə digər komandalardan fərqlənirlər”

blank
Premyer-liqa2022-11-12 19:05

“Zirə” “Səbail”i tək qolla yendi – VİDEO

blank
Premyer-liqa2022-11-11 17:24

Şamaxıda 6 qolluq oyun – VİDEO

blank
Premyer-liqa2022-11-09 18:00

“Qarabağ”dan ardıcıl 13-cü qələbə – VİDEO

blank
Premyer-liqa2022-11-09 17:40

“Bu, güclənməyimizə imkan vermir” – Ayxan Abbasov

blank
Premyer-liqa2022-11-09 17:18

“Buna bir çıxış yolu tapmaq lazımdır” – Qurban Qurbanov

blank
Dünya futbolu2022-11-07 10:17

10 futbolçu meydandan qovuldu, “Rasinq” qalib elan edildi – VİDEO

blank
Premyer-liqa2022-11-06 21:46

“Qarabağ”la “Kəpəz” də bacarmadı – VİDEO

blank
Premyer-liqa2022-11-06 18:17

“Səbail” “Sabah”a belə məğlub oldu – VİDEO

Facebook

Gündəm