Premyer-liqa
“Kəpəz”lə “Qəbələ”nin 24-cü dueli

Bu həftə Premyer Liqada 2022/23 mövsümü başa çatacaq.
Futbolinfo.az xəbər verir ki, sonuncu tur iki günü əhatə edəcək. “Qəbələ” turun ilk günündə meydana çıxacaq. “Qırmızı-qaralar” evdə “Kəpəz”i qonaq edəcək.
Sabah baş tutacaq görüş komandaların 24-cü dueli kimi tarixə düşəcək. “Qəbələ” indiyədək 23 dəfə “Kəpəz”lə qarşılaşıb. Əvvəlki oyunların hamısı Premyer Liqa çərçivəsində baş tutub.
Bu matçlarda üstünlük “Qəbələ”nin tərəfindədir. Aktivində 10 qələbə olan “qırmızı-qaralar” 7 heç-heçə edib və 6 məğlubiyyət alıb. “Qəbələ” top fərqində də öndədir – 31-19. Gəncəlilərlə duellərdə Baqali Dabo və Filip Ozobiç daha çox – hərəyə 3 qol vurub.
12-ci dəfə “Kəpəz”i qəbul edəcək “Qəbələ” evdə 6 dəfə qalib gəlibsə, 3 dəfə bərabərliklə kifayətlənib və 2 dəfə meydanı xalsız tərk edib. Öz meydanında 15 qol vuran “Qəbələ” futbolçuları öz qapısından 7 top buraxıb
Sabah Qəbələ şəhər stadionunda baş tutacaq “Qəbələ” – “Kəpəz” matçı saat 17:30-da başlayacaq.

- Milli komanda2023-09-15 10:30
“Mane olmasaydılar, ən azı 18-19 qol vurardım”
- Ölkə futbolu2023-09-15 08:00
CAS-dan qərar gəldi: AFFA və “Sumqayıt” cəzalandı!
- Ölkə futbolu2023-09-15 18:20
Şeydayevdən iki məhsuldar ötürmə
- Müsahibə2023-09-15 14:00
Nemanya Andelkoviç: “Zirə”nin potensialı var, amma zirvədə qərarlaşmaq hələ uğur deyil”