Bizi izləyin

Premyer-liqa

“Kəpəz”in bəd seriyası qırıldı, “Sumqayıt”la “Şamaxı”nın yox

blank
blank

Premyer Liqanın 8-ci turu qeyri-məhsuldar keçən oyunlarla bitdi. Bazar günü baş tutan matçlarda cəmi bir qol vuruldu.

Keçirdiyi bütün oyunlarda qol buraxan “Şamaxı” ənənəsinə sadiq qaldısa, “Kəpəz” tilsimi qırdı. Amma gəncəlilər buna görə “Sumqayıt”a minnətdar olmalıdı. Çünki “kimyaçılar” bir penalti qolu istisna olmaqla, zatən bu mövsüm fəqlənə bilməyib. Ona görə də “Kəpəz”in “dişsiz” komanda qarşısında duruş gətirməsi gözlənilən idi.

“Sabah” Şamaxı səfərində xal itkisinə çox yaxın idi. Oyuna arxayın çıxan paytaxt klubu az qala bunun cəzasını çəkəcəkdi. Murad Musayevin yetirmələri yalnız son dəqiqələrdə özünə gəldi və təzyiqi artıran kimi qələbə qolunu vurdu. Həmin qol olmaya da bilərdi və yəqin ki, “Sabah”ın düşərgəsində də bunu anlayırlar və növbəti oyunlar üçün bu qarşılaşma dərs oldu.

“Sabah”ın alışdığımız futbolu sərgiləməməsinin bir səbəbi də hava şəraiti idi. İsti havada süni qazon üstündə günorta vaxtı meydana çıxmaq Murad Musayevin yetirmələri üçün yenilik idi. Stadionda işıqlandırma sistemi olmadığından, bu vəziyyətdə oynamağa öyrəşmiş “Şamaxı”dan fərqli olaraq, qonaqların çətinlik çəkdiyi hiss edilirdi.

İstənilən halda, qələbə təmin edildi və “Sabah” yenidən 2-ci pillədədi. “Şamaxı”nın durumu isə gündən-günə pisləşir. Hələ də qələbə qazanmayan komandanın məşqçisi Cavid Hüseynovun matçdan sonra dedikləri isə gülünc bəhanədi. “Şamaxı”nın gənc yerli futbolçuları üzə çıxarmaq strategiyasını seçdiyini deyən Hüseynov, “nəticələri gözümüzə soxmayın” açıqlamasıya alqış qazanmadı. Çempionat xal yarışıdı, təbii ki, hamı nəticə üçün çalışır və geridə qalan qınanmalıdı.

Hüseynovun gənclərlə bağlı dedikləri isə mənasızdı. Çünki “Şamaxı” məğlubiyyətlərə adət edən yeni nəslə güvənib. Ardıcıl məyusluqlar bu futbolçuların psixoloji durumuna təsir edir və onları başıqapazlı imicinə öyrəşdirir. Yalançı strategiya ilə özünə bəraət qazanmağa çalışmaq əbəsdi.

Yeri gəlmişkən, Hüseynovun əsl baş məşqçi olduğunu, komandaya onun cavabdehlik daşıdığını bilirik. Lakin PRO kateqoriyası olmadığından, onu rəsmi sənədlərdə Vüqar Əsgərli əvəzləyir. Rəsmi baş məşqçinin son mətbuat konfransına çıxmaması isə sağlıq durumu ilə bağlıdı. Son oyunda səhhəti pisləşən Əsgərlini məcburiyyətdən Hüseynov əvəzləyib.

Bu faktı da təsadüfən xatırlatmadıq. Matçın son dəqiqələrinə kimi kefi yerində olan, əvəzlənən futbolçularla qucaqlaşan Vüqar bəy son dəqiqə qolundan sonra o vəziyyətə düşdüsə, görün həftələrdi eyni travmaları alan gənc futbolçular hansı durumdadı. “Şamaxı” gəncləri yetişdirməklə yox, onları mənəvi cəhətdən sındırmaqla məşğuldu.

Bölgədəki qarşılaşmada son dəqiqədə hesab açıldısa, Sumqayıtda azarkeşlər bir qola da həsrət qaldı. Son pillələrdən qurtulmaq uğrunda mübarizədə “Kəpəz”in yerli komanda ilə görüşü xal bölgüsü ilə yadda qaldı. Samir Abasov Aleksey Baqadan miras qalmış bərbad komandaya yeni nəfəs gətirə bilmədi. Hətta lazımsız legionerlərin əksəriyyətinin heyətə salınmaması da vəziyyəti dəyişmədi. Qola həsrət “Sumqayıt”ın oyununda ciddi irəliləyiş görmədik.

Əksinə, “Kəpəz” qələbəyə layiq idi. Penaltini qola çevirə bilməyən qonaqlar, daha bir neçə epizodda bəxtsizliklə üzləşdi. Tərlan Əhmədovun gəlişindən sonra nisbətən özünə gələn Gəncə təmsilçisi gələcəkdə əldən qaçırılan bu şansa görə çox təəssüflənəcək.

Autsayderlərin ya uduzması, ya da bir-birinə badalaq vurmasıyla yadda qalan tur favoritlərin bir qədər də uzaqlaşmasıyla nəticələndi. Hələ bir dövrə bitməyib, lakin turnir cədvəlində ciddi qütbləşmə əmələ gəlib. Premyer Liqada komanda sayının artırılması hamının inkişafı demək deyil, aşkar fərqlər göz deşir, rəqabətin yüksəlməsindən danışa bilmirik.

CAVAD

Reklam

Reklam


blank
Dünya futbolu2024-01-17 18:51

“Jirona” daha bir ukraynalını istəyir

blank
Ölkə futbolu2024-01-17 18:32

“Sabah”ın şikayəti təmin edilmədi

blank
Digər idman növləri2024-01-17 18:17

Avstraliyada sensasiya

blank
Ölkə futbolu2024-01-17 18:03

“Qəbələ”nin futbolçusunun cəzası qüvvədə saxlanıldı

blank
Ölkə futbolu2024-01-17 17:52

Sabiq “Yuventus”lu: “Qarabağ”ın təklifini rədd etdim”

blank
Digər idman növləri2024-01-17 17:45

Azərbaycan qran-prisinin başlama saatı rəsmən elan edildi

blank
Ölkə futbolu2024-01-17 17:38

“Bu klubu Rəşad Sadıqova görə tanıyırdım” – Ramil Şeydayev

blank
Dünya futbolu2024-01-17 17:19

“Kocaelispor”un prezidenti Ramilin transferindən danışdı

blank
Ölkə futbolu2024-01-17 17:00

Şeydayevin “Kocaelispor”a keçidi rəsmiləşdi

blank
Dünya futbolu2024-01-17 16:44

Azərbaycanlı futbolçunun komandası Türkiyə Kuboku ilə vidalaşdı

blank
Dünya futbolu2024-01-17 16:33

Fransa klubu isveçrəli futbolçu transfer etdi

blank
Dünya futbolu2024-01-17 16:22

İlin ən yaxşı isveçrəli futbolçusu məlum oldu

blank
Dünya futbolu2024-01-17 16:06

“Bayern”in futbolçusu məşqdə zədələnib

blank
Müsahibə2024-01-17 15:50

“İşimizdən razıyıq, lakin daha yaxşısını edə bilərik” – “Sumqayıt”ın legioneri

blank
Digər idman növləri2024-01-17 15:36

9-cu turun ilk oyununun vaxtı müəyyənləşdi

blank
Ölkə futbolu2024-01-17 15:20

“Qarabağ”ın yeni transferi keçmiş komandası ilə vidalaşdı

blank
Dünya futbolu2024-01-17 15:04

“Neftçi”də çox şey öyrənmişəm”

blank
Dünya futbolu2024-01-17 14:50

Özbəkistanın ən titullu komandası satışa çıxarıldı

blank
Dünya futbolu2024-01-17 14:32

Benzema naziri məhkəməyə verib

blank
Digər idman növləri2024-01-17 14:17

“Vüqar Həşimov Memorialı” bu il Şuşada keçiriləcək

blank
Digər idman növləri2024-01-17 14:03

Şumaxer 10 ildən sonra ilk dəfə görünə bilər

blank
Müsahibə2024-01-17 13:48

“Kəpəz” son pillələrə layiq deyil”

blank
Dünya futbolu2024-01-17 13:33

Orban Liona gedir

blank
Premyer-liqa2024-01-17 13:17

Premyer Liqada qış bazarlığı – YENİLƏNİR

blank
Ölkə futbolu2024-01-17 13:14

Manafov bunu ikinci dəfə bacardı

blank
Ölkə futbolu2024-01-17 12:59

Azərbaycan kubokunun püşkü atıldı

blank
Premyer-liqa2024-01-17 12:41

2024-cü ilin ilk turu rəqəmlərin gözü ilə

blank
Digər idman növləri2024-01-17 12:27

UFC prezidenti yeni böyük döyüşün anonsunu verdi

blank
Digər idman növləri2024-01-17 12:10

Əfsanənin oğlu 2 illik müqavilə imzalayır

blank
Ölkə futbolu2024-01-17 11:53

“Şamaxı”dan növbəti transfer

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:40

Şahin Diniyev: “Ən çətin oyunlarımızdan birini keçirdik” – VİDEO

Facebook

Gündəm