Bizi izləyin

Ölkə futbolu

“Kəpəz”in ev oyunlarına biletlər 3 manatdan satılacaq

blank
blank

“Kəpəz” arzusuna çatdı. Dünən Peşəkar Futbol Liqası gəncəlilərin müraciətinə müsbət cavab verdi. Növbəti ev oyunundan başlayaraq, komanda rəqiblərini doğma şəhərdə qəbul edəcək.

Xatırladaq ki, Gəncə şəhər stadionunun qəzalı vəziyyətdə olması səbəbindən “Kəpəz”in evdə oynamasına qadağa qoyulmuşdu. “Azərdövlətlayihə”nin mənfi rəyi üzündən komanda oyunlarını Bakıda və Qəbələdə keçirirdi.

Bəs, nə oldu ki, Gəncə stadionuyla bağlı vəziyyət dəyişdi? Axı, arenada faktiki heç bir iş görülməyib, “Azərdövlətlayihə”nin verdiyi rəy isə fərqlidir. İki ay öncə oyunların təşkilinə qadağa qoyan qurum, qəzalı vəziyyətdə olan arenada heç bir iş görülmədən indi tribunalara azarkeş buraxılmasına razılıq verir. Yeni oturacaqların quraşdırılması, paltardəyişmə otaqlarında, media-tribunada görülən işlər rəyin dəyişməsinə səbəb olacaq səbəblər olmamalıdı, söhbət təhlükəsizlik tədbirlərindən gedir.

PFL-in açıqlamasında bildirilir ki, “Azərbaycan Respublikasının Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi “Azərdövlətlayihə”nin sentyabrın 9-dakı rəyinə, “Kəpəz” Peşəkar Futbol Klubunun PFL-ə təşkilati işlərin həyata keçirilməsi və təhlükəsizliyə tam zəmanət verilməsi ilə bağlı məktubuna əsasən, təşkilati qurum tərəfindən oktyabrın 4-dək Gəncə şəhər stadionunda oyunun təşkilinə birbaşa və dolayı yolla aidiyyatı olan qurğuların hazırlanması ilə bağlı vaxt verilib. Vaxt bitdikdən sonra PFL-in müvafiq işlərə cavabdeh olan şəxslərinin oktyabrın 5-də Gəncə şəhər stadionunda geniştərkibli təftişi həyata keçirilib.

Bu gün (dünən) isə qurumun yuxarıda qeyd olunan məktub və rəylər, eləcə də son təftiş əsasında yekun iclası baş tutub. Tribunaların 1-ci yarusunun istifadə olunması (ancaq oturacaqlı hissəsi), yerli və qonaq komandanın azarkeşlərinin ümumi sayının 3 min nəfərdən artıq olmaması şərtilə “Kəpəz” Peşəkar Futbol Klubunun ev oyunlarını Gəncə şəhər stadionunda keçirməsinə icazə verilib.

PFL-in tələbi ilə Gəncə şəhər stadionunda hər iki komandanın paltardəyişmə otaqları, hakim otağı, “sky-box”lar, tribunalar, reklam şitləri, media nümayəndələrinin çalışması üçün qurğular, eləcə də bu və digər qaydada oyunun keçirilməsi üçün lazım olanlar hazır vəziyyətə gətirilib”.

Qərardan sonra PFL oktyabr ayının təqviminə dəyişikliklər edib. Ayin 16-da “Neftçi”, 29-da “Səbail”lə oyunlar Gəncədə baş tutacaq.

Qərardan da görünür ki, stadionda heç bir əsaslı təmir işi aparılmayıb, qəzalı tribuna sütunları yenə də təhlükə mənbəyi olaraq qalır. Əks halda açıqlamada belə olmadığı yazılardı. PFL yalnız tamaşaçı buraxılmasına icazə verilən 1-ci yarusda vəziyyətin rəydə göstərildiyi kimi olduğuna şahid olub, buna uyğun icazə verib. Sabah qadağa qolyulan tribunalara azarkeş buraxılsa və hər hansı bədbəxt hadisə baş versə, məsuliyyət klubun üzərində qalacaq.

“Kəpəz”dən aldığımız bilgiyə görə, “Azərdövlətlayihə”nin iki rəyi arasında ciddi fərq yoxdur. İlk rəydə stadiona azarkeş buraxılmasına qadağa qoyulub, müəyyən işlər görüləcəyi halda, yalnız təhlükəsiz 1-ci yarusa məhdud sayda tamaşaçının buraxılacağı qeyd edilib. Və ötən müddətdə tələblər yerinə yetirilib, növbəti baxışdan sonra yalnız 3 min azarkeşin arenaya buraxılmasının mümkünlüyü nəzərə çatdırılıb.

Qəzalı tribunalarda heç bir iş görülməyib, zatən bu, mümkün deyil, əsaslı təmir üçün çox böyük vəsait tələb olunur. Sütunların olmadığı 1-ci yarusa fanatların girişinə icazə verilib ki, klub, stadionun sahibi AGİN bunu vaxtında etsəydi, “Kəpəz” birinci dövrə oyunlarını doğma şəhərdə keçirə bilərdi.

Qərar verildi, indi bütün məsuliyyət klubun üzərindədi. “Kəpəz” rəhbərliyi oyunlara bilet satışı təşkil etməli, 3000-dən artıq fanatın stadiona keçməsinə imkan verməməlidi. Bunu bacaracaqlarmı? Həmişə ciddi azarkeş marağı kəsb edən “Neftçi” ilə qarşıdakı matçda bu, xüsusilə çətin olacaq.

Əldə etdiyimiz bilgiyə görə, klub azarkeşləri də sınamaq qərarına gəlib. “Kəpəz”in ev oyunlarına biletlərin qiyməti 3 manatdan başlayacaq ki, bu, daha çox tamaşaçıların sayını azaltmağa hesablanıb. Həmin biletlərin təqribən 300-ü dəvətnamə kimi paylanacaq: 50-yə yaxını klubun veteranlarına, 250-si “Kəpəz”i heç vaxt, heç yerdə tək qoymayan fan-klublara paylanacaq. Qalan 2700 bilet isə satışa çıxarılacaq, onları daha tez əldə edənlər tribunaya buraxılacaq.

FƏRİD

Reklam

Reklam


blank
Ölkə futbolu2024-04-23 11:42

Amil yenə oynamayacaq

blank
Ölkə kuboku2024-04-23 11:25

“Qarabağ” – “Neftçi”: Biletlər bu gündən satışda olacaq

blank
Digər idman növləri2024-04-23 11:10

MBA-da seriyalarda fərq artdı

blank
Digər idman növləri2024-04-23 10:52

Cokoviç “Laureus” mükafatına layiq görüldü

blank
Dünya futbolu2024-04-23 10:34

İnzaqi Mourinyonu ötdü, ikisi qaldı

blank
Milli komanda2024-04-23 10:17

U-17-nin ilk oyunu

blank
Digər2024-04-23 10:00

MİSLİ ilə qazan!

blank
Digər idman növləri2024-04-23 09:45

Azərbaycan çempionatının qalibi müəyyənləşir

blank
Dünya futbolu2024-04-23 09:30

Gürcüstan ÇL-in finalına ev sahibliyi etmək istəyir

blank
I Liqa2024-04-23 08:52

“Karvan” növbəti oyuna hazırlaşır

blank
Ölkə futbolu2024-04-23 08:35

II Liqada 24-cü turun oyun cədvəli bəlli oldu

blank
Digər idman növləri2024-04-23 08:17

Azərbaycan parataekvondoçuları Qubada hazırlıq keçirlər

blank
Ölkə futbolu2024-04-23 08:00

“Səbail” “Sabah”a uduzsa…

blank
Dünya futbolu2024-04-23 01:26

“Sevilya”dan çətin qələbə

blank
Dünya futbolu2024-04-23 01:14

“İnter” – çempion!

blank
Dünya futbolu2024-04-23 00:15

Diniyevlə Şeydayev Türkiyədə qarşılaşdılar

blank
Dünya futbolu2024-04-23 00:04

“Fənərbaxça” “Sivasspor”la matçda xal itirdi

blank
Digər idman növləri2024-04-22 23:13

MEDİA sosial şəbəkə istifadəçilərinə müraciət edib

blank
Digər idman növləri2024-04-22 23:00

Azərbaycanın üç boksçusu AÇ-də günü qələbə ilə başa vurdu

blank
Digər idman növləri2024-04-22 22:36

AÇ: Azərbaycan paraüzgüçüsü gümüş medal qazandı

blank
Digər idman növləri2024-04-22 21:43

Azərbaycan komandası dünya birinciliyində çıxışını başa vurub

blank
Digər idman növləri2024-04-22 20:38

“Azərreyl” ölkə çempionu oldu

blank
Ölkə futbolu2024-04-22 20:19

Lider əsas izləyicisini də məğlub etdi

blank
Dünya futbolu2024-04-22 20:00

“Barselona”nın futbolçusu üçün mövsüm başa çatdı

blank
Dünya futbolu2024-04-22 19:39

Daha 2 sabiq futbolçunun adı Premyer Liqanın Şərəf Zalına daxil edildi

blank
Digər idman növləri2024-04-22 19:18

Azərbaycan boksçusu AÇ-də erməni rəqibini məğlub etdi

blank
I Liqa2024-04-22 19:00

I Liqada növbəti 2 turun proqramı açıqlandı

blank
Əvəzedicilər2024-04-22 18:38

“Neftçi”nin əvəzediciləri xal itirdi, “Sabah-2” qələbə qazandı

blank
Dünya futbolu2024-04-22 18:19

“Udineze”də yeni baş məşqçi

blank
Dünya futbolu2024-04-22 18:01

“Borussiya” keçmiş əməkdaşını geri qaytardı

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm