Bizi izləyin

Müsahibə

Kadi Polşa millisindən dəvət gözləyir: “Qarabağ”da dəyər verməyi öyrəndim”

blank
blank

Kadi Yuri Malinovski Borges – belə braziliyalı adı olmaz, orası dəqiqdi. Bəs, iki ad-soyadı daşımasının sirri nədədir?

Ötən ilin yayından oynadığı “Qarabağ”da onu az-çox tanımışıq. Oynadığı əla futbol bir yana, şəxsini də kəşf etməyə başlamışıq. Ata babası Polşadan olan Kadini daha yaxından tanımaq üçün geniş müsahibəyə ehtiyac var idi.

***

Kadiylə “Qarabağ”ın tərcüməçisi, legionerlərə hamıdan bir köynək yaxın olan Elvar Quliyevin sayəsində ünsiyyət qurduq. Sabiq həmkarımızın körpü rolunu oynaması lap yerinə düşdü. Sinxron tərcümə edən biri deyil, futbolun ruhunu bildiyindən söhbəti axına saldı, lazım olanda düzəlişlər etdi, əlavə informasiya verdi.

Oxuduğunuz müsahibə zövqünüzü oxşayırsa, Elvarın, fotoaparatı şaqqıldadan Mehmanın, çayımızı tez-tez təzələdiyi üçün müsahibimdən haqq etdiyi təşəkkürləri alan Zəminə xanımın haqqını verək.

***

Kadiylə danışmaq üçün 50 dəqiqəm var idi. Fitnes zalında başlayacaq məşqə yubanıb Qurban Qurbanovdan cəza almaması üçün bəzi sualların üstündən xətt çəkdim. Yoxsa onunla söhbətimiz bir matça da sığmazdı. Borges ünsiyyətcil olduğundan bəzən cavabları uzun alınırdı, lakin müsahibəni bir hissəyə – 45 dəiqiqəyə sığışdıra bildik.

blank

“Qarabağ”ın bazasındakı mətbuat otağına yeməkxanadan gəldi. Naharını etmişdi, Azərbaycanda menyusuna daxil etdiyi çaydan bir qurtum alıb söhbətə başladı.

– Sualla başlamayacam, elə sənin ifanda gözəl səslənən “Nuş olsun”la start verək, yeməkdən gəlirsən.

– Sağ ol.

– Azərbaycanda öyrəndiyin başqa söz yoxdur?

– Çox deyil. “Çox sa olun”, “neçəsən”, “yaxşi”, “nə dirsən ə”.

– Hazırlığı bu gün bərpa edirsiz. Komanda yoldaşların milli matça çıxarkən sənin istirahət günlərin necə keçdi?

– Çox təəssüf ki, yığmanın oyununu izləyə bilmədim. Çünki evdə körpə var, yenicə qızım dünyaya gəlib. Normalda 2-3 günlük fasilələrdə ölkə xaricinə çıxırıq. Bu dəfə körpəyə görə alınmadı. İstirahətə ehtiyacımız var idi. Alınmadı, əvəzində dəniz qırağına çox getdim, təmiz dəniz havasını ciyərlərimə çəkdim, beyimi təmizlədim. Oyun baxa bilməsəm də, yığmanın qələbə qazanmasına sevindim. Qarşıdakı oyunda da uğur arzu edirəm.

– İlk övladındı?

– Yeni münasibətimdən, bəli. Ümumilikdə ikinci uşaqdı.

– Dəniz sahili… Braziliya çimərliklərindən fərqli olmalıdı.

– Əslində, fərq çoxdu. Burada sakit yer tapmaq asandı, istədiyin kimi istirahət edirsən. Braziliyada isə sahildə boş yer tapmaq olmur – hər yerdə insanlar, bayram ab-havası, səs-küy, musiqi, rəqs. Bakıda boş, rahat yerlər tapmaq mümkündü və ürəyimcədi.

– Azərbaycanlılarla braziliyalıların əsas oxşar cəhətləri cənublulara xas temperament və ailə dəyərləridi. Sən nəyi əlavə edə bilərsən? Bəs, əsas fərqlər nədi?

– Əsas fərq dinlə bağlıdı. Buradakı insanlar sanki daha qapalı təsir bağışlayır. Amma müsbət cəhətlər də var. Braziliyada insanlar daha stresslidi, səbirsizdi. Həyatın çətinliklərini başa düşürəm, amma yenə də çox səbirsizdilər. Məsələn, futbolda. Başa düşürəm, insanlar dincəlməyə, şənlənməyə gəlir, amma komanda məğlub olanda bunu heç cür qəbul edə bilmirlər, reaksiyalarını çox kobud formada büruzə verirlər. Və ya tanınmış adamsan, küçədə, restoranda yemək yeyirsən, çəkinmədən gəlib səninlə şəkil çəkdirirlər, məşğuliyyətini icazəsiz bölürlər. Burada fərqlidi, özüm müşahidə etmişəm, yemək yeyərkən insanlar səbrlə gözləyirlər, yeməyimi bitirəndən sonra yaxşınlaşırlar.

blank

– Polşalı, yoxsa braziliyalı Kadi?

– Əlbəttə, braziliyalı. Orada doğulmuşam, yaşamışam, Polşada hətta ümumiyyətlə, olmamışam. “Lex”lə oyunları saymayaq, oteldən çıxmaq imkanımız olmamışdı. Ata tərəfdən polşalı olsam da, bu ölkəylə heç bir əlaqəm yoxdu. Ona görə özümü daha çox braziliyalı sayıram.

– Amma soyaddan imtina etməmisən, Malinovskisən.

– (gülərək) Sabah heç kim nə olacağını bilmir, ona görə saxlamışam.

HAŞİYƏ: Bildiyimizə görə, “Lex”lə oyundan sonra Polşa Futbol Federasiyasından Kadiyə zəng vurublar, onun yığmada oynamaq perspektivi müzakirə olunub. Həmsöhbətim yəqin ki, buna işarə vurur. Söhbətin gedişində bu mövzuya qayıdacağıq.

– Çayı niyə qəndlə içirsən?

– Yox, ümumiyyətlə, qəndsiz içirəm.

– Amma malina mürəbbəsi yerinə düşərdi. Sənin transferin reallaşarkən təqdimatında soyadına uyğunluq kimi malina mürəbbəsi əla düşünülmüşdü. Ümumiyyətlə, malina mürəbbəsiylə tanış olmusan?

– Eşitmişdim, amma dərininə gedib maraqlanmadım.

– “Qarabağ”da ən tənbəl oyunçu kimdi?

– Kevin Medina. O, həm də ən şən oyunçumuzdu. Hər dəfə məşq başlayanda yadına salmasam, çağırmasam, mütləq gecikəcək.

– “Qarabağ”ın uğurlarında legionerlərin rolu qabardılır. Məgər azərbaycanlılar futbol oynaya bilmir?

– Legioner başqa komandalarda da var, amma uğurlar fərqlidi. Əsas səbəbkar komandanın başında duran komandirdi. Bura gələnə qədər müsəlman kiminləsə əlaqəm olmamışdı, yollarımız kəsişməmişdi. İlk əvvəl özüm də ünsiyyətdə hansı sözləri seçməyi, necə münasibət qurmağı düşünürdüm. Məni düzgün başa düşün, anlayışım yox idi. Baş məşqçimizin legionerlərlə yerlilərin belə vəhdətini yaratması möhtəşəm bir şeydi. Uğurun səbəbkarı legionerlər deyil, bütün futbolçuları ailə kimi idarə edən baş məşqçidi. Bütün oyunlarda kifayət qədər yerli futbolçu da ən üst səviyyədə oynayır. Uğuru əcnəbilər təmin etsəydi, bunu bütün komandaların timsalında görərdik. Bütün futbolçular eyni entuziazm, eyni istək, eyni həvəs ilə mübarizə aparır. “Qarabağ” üçün əcnəbilər qədər yerli oyunçular da önəmlidi.

– Eynidisə, niyə braziliyalılar hər yerdə futbol oynaya bilir, azərbaycanlılar isə legioner kimi uğurlu olmağı bacarmır?

– Səbəbi deyə bilmərəm. Braziliya tam fərqlidi, ənənələr var. Bizdə futbolçular daha tez formalaşır, 16-17 yaşında oyunların taleyini həll edən futbolçular üzə çıxır. Bəlkə də xüsusi səbəblər var, mən bilmirəm. Amma istedadlı azərbaycanlılar var. Oyun tərzi baxımından özümə bənzətdiyim Mahir Emrelini çox bəyənirəm, vaxtilə Renat Dadaşovla “Eştoril”də birlikdə oynamışıq. Bəlkə şərtlər azərbaycanlılar üçün vətəndə oynamaq baxımından daha uyğundu.

– Kumirin kimdi?

– Oyun xarakteristikam, tərzim baxımından Messini bəyənirəm. Amma kumirim Neymardı. “Fənərbaxça”dan tanıdığınız Aleks de Souzanı da çox bəyənirdim. O, Türkiyədən qayıtdıqdan sonra birlikdə oynamaq imkanımız oldu. Braziliyada karyerasını bitirməyə hazırlaşarkən biz ondan öyrənərək böyüyürdük.

– Braziliyada, Kuritibada doğulmusan, eyniadlı komandada 3 il keçirmisən və bu dövrdə 2 fərqli klubda icarədə olmusan. 2019-da yollandığın “Eştoril”də, ardınca da “Vilafranquense”də bir mövsüm keçirdin. Amma aşağı liqalarda oynayan biri qəflətən “Qarabağ”a gəldi və Çempionlar Liqasında, avrokuboklarda özünü isbatladı. Qəfil ulduzlaşmanın səbəbi nə idi? Azərbaycanda potensialını açmağa daha yaxşı imkan tapdın?

blank

– Söhbətimizin əvvəlində Braziliyanın futbol ənənələrindən danışdıq. Təbii ki, bunun müsbət və mənfi tərəfləri mövcuddu. Təəssüf ki, bəxtimə mənfi tərəfləri düşdü. 20 yaşa kimi həyatımda bir sabitlik əldə etmişdim. Hər şey qaydasında idi. Evlilik həyatım vardı, müntəzəm oynayırdım. Bir anda özümü “buraxdım”, dindən, Allahdan uzaqlaşdım, həyatı öz axarına buraxdım, səhvlər etdim. Evliliyim sona çatdı, oyunçu kimi zəiflədim. Vəziyyəti dəyişmək üçün ölkədən çıxdım. “Eştoril” Portuqaliya standartlarına görə yaxşı komanda sayılır. 8 oyundan sonra üzümdən zədə aldım və müalicə üçün Braziliyaya getdim. Qayıdandan sonra klub mənə ehtiyac duymadığını bildirdi, səbəbini məndə perspektiv görməmələri ilə əlaqələndirdilər.

– Və klubu dəyişdin…

– “Vilafranquense” 3-cü liqadan 2-ciyə vəsiqə qazanmışdı. Orada məni Braziliyadan tanıyan biri var idi, dəvət etdilər, getdim. Bu klubda həyata baxışımı dəyişdim. İnanclarıma qayıtdım, Allaha yaxınlaşdım. Tanınmayan bir klubdan “Qarabağ”a gəlmək çoxları üçün gözlənilməz oldu. Allah mənə bu imkanı hədiyyə etdi, məhz orada əvvəlki Kadi olmağa başladım. Burada belə uğurlu olmağımda əzmkarlığım, üzərimdə işləməyim rol oynadı. Amma əsas amil Qurban Qurbanovdu. O, heç vaxt mənimlə sərt danışmadı, ruhlandırdı, istiqamət verdi. Onun məni düşündürən bir ifadəsi var: “Çox insanlar layiq olmadığı pulu alır, amma biz qazandığımız pula layiq olmalıyıq”. Bu dəyərli məsləhətdən nəticə çıxardım. Baş məşqçi lazım olanları deyir, qalanını etmək mənim vəzifəmdi.

– Kadinin bu yay yaxşı təklifləri var idi. Ancaq o gözlənilmədən “Qarabağ”la 5 illik yeni müqavilə bağladı. Maliyyə şərtləri cəlbedici oldu, yoxsa başına gələnlərdən sonra bu, kluba minnətdarlıq jesti idi.

– Həqiqətən yaxşı təkliflərim var idi. Şərtlər indiki müqaviləmdən də sərfəli idi. Amma “Qarabağ”da dəyər verməyi öyrəndim. Qalmağımın əsas səbəbi klubun yüksəlişimə verdiyi töhfəyə görə təşəkkür etmək istəyim oldu. Bir də söz vermişdim ki, Ağdam klubu ilə Çempionlar Liqasının qrupunda oynamamış heç yerə gedəsi deyiləm. Bəlkə də qrupa düşdükdən sonra ab-havanı dəyişmək üçün bu barədə fikirləşərəm.

– Elədisə “Viktoriya”ya təşəkkür borcumuz var – səni Azərbaycanda ləngitdi…

– (gülür) Kimlərsə bununla razılaşar, kimlərsə yox…

– Yeni müqavilə 5 illikdi və əcnəbilərin Azərbaycan vətəndaşı olması üçün də 5 il ölkəmizdə yaşaması tələb olunur. Hazırkı müqavilən bitəndə səni millimizin oyunçusu kimi təqdim edə biləcəyik?

– 5 il uzun müddətdi, bu dövrdə nələr olacağını demək çətindi. Azərbaycan yığmasında oynamaq mənim üçün şərəfli olar. Amma düzünü deyim, mənim Polşa millisində oynamaq variantım da var, bu yöndə bəzi söhbətlər olub. İndidən nəsə demək çətindi.

– Soyadındakı “Malinovski”nin qalmasının səbəbi aydınlaşır, deyəsən…

– (gülür) Doğrudu. Sabah nə olacağını bilmək olmaz.

– Yayda gələn ən ciddi təkliflərdən biri “Şaxtyor”dan olmuşdu. Yoxsa ondan da ciddi təklifin var idi?

– Təklifləri əsasən agentim nəzərdən keçirirdi. Hansı təklifin sözlə, hansının real sənədlə olduğu ilə heç maraqlanmamışdım da. Çünki qərarımı “Qarabağ”ın lehinə vermişdim. Amma bilirdim ki, Türkiyə, Rusiya, ərəb ölkələri klublarından dəvətlər var idi.

– İlk dəfə “Azərbaycan” sözünü nə vaxt eşitdin?

– Bəlkə də müharibə zamanı hardasa eşitmiş ola bilərəm. Amma Azərbaycanı kəşf etmək üçün araşdırmağım, maraqlanmağım “Qarabağ”dan təklif aldıqdan sonra oldu.

– Gəlib gördüklərin səni təəccübləndirdimi?

– Həddindən artıq. İnsanlarınız möhtəşəmdi, restoranları bəyənirəm. Çox şeydən danışa bilərəm. Bəyənmədiyim yeganə şey nəqliyyatdı, maşın sürməklə bağlı adaptasiya dövrüm çox çətin keçdi.

– Klubun tarixi, Ağdam, müharibə… Bu mövzuda nələri danışa bilərsən?

– Bura gəlməmiş internetdə axtarış verdim, məlumat axtardım. Belə bir xasiyyətim var, hər şeylə maraqlanıram, oxuyub öyrənmək istəyirəm. Qarşıma müharibəylə bağlı çoxlu məlumatlar çıxırdı. İlk öncə istər-istəməz insanda xof yaranır, amma gəlib reallığı biləndən sonra hər şeyi anlayırsan. Ümumiyyətlə, bu mövzuda klubda bizi ciddi şəkildə məlumatlandırırlar, hadisələrin ildönümü olanda, ya da yeni nəsə baş verəndə toplantılarda baş məşqçi ilk olaraq bu barədə məlumat verir. Sosial şəbəkələrdən də həqiqətləri öyrənmək olur.

– “Nant”la oyunun fasiləsində nə baş verdi, Qurbanov sizi necə motivasiya etdi ki, ikinci hissədə 3 qol vurdunuz?

– Həmişə dediklərini söylədi. Özümüzə inanmağı, heç nədən çəkinməməyimizi istədi. Rəqibin buraxdığı boşluqları göstərdi, onlara haradan zərbə vurmağımızın mümkünlüyünü izah etdi. Dediklərini etdik və alındı.

– Avrokubokların cari mövsümündə sənin üçün hədəf nədir?

– Əsas hədəf hər növbəti oyunda qalib gəlməkdir. Təbii ki, böyük düşünməliyik, maksimuma çalışmalıyıq. Amma bunun üçün hər matçı sırayla qazanmaq lazımdır. Hər növbəti oyun böyük uğura aparan növbəti addımdı. Ölkə çempionatında da, avrokubokda da. Yaxşı oynamağa potensialımız var. “Nant”la matçda bunu göstərdik, indi də “Olimpiakos”la qarşılaşmalarda uğurlu olmağa çalışacağıq.

– Ən çətin oyunun hansı olub? Cəza üzündən buraxdığın “Ferentsvaroş”la Bakıdakı matç?

– 100 faiz. Həmin vaxt oyunu izlədiyim yerdə nələr olduğunu görsəydiz… Məni kənardan müşahidə edənlər hansı anlara necə reaksiya verdiyimi bilsəydi…

– Azərbaycan Premyer Liqası və avrokubok oyunları arasında fərq böyükdür?

– Əsas fərq oyun tərzlərindədi. Komandaların texniki imkanları fərqlidi.

– Qısa müddətdə azarkeşlərin sevimlisinə çevrildin. Səndən öncə gələn futbolçular qısqanmır?

– Futbolun yaddaşı yoxdu. Bu gün sevimliyəm, çünki hər şey yaxşı gedir. Sabah hadisələr əks tərəfə dönsə, nə olacağını bilmək olmaz.

– İbrahima Vadjiylə danışırsan? Sizin üçün darıxıb?

– Danışmışam. Darıxıb-darıxmadığını bilmirəm, soruşmamışam.

– İndiki heyətdə “Qarabağ”ın ən qiymətli futbolçusu kimdi? Hansı ki, onu hansısa klub transfer etmək istəsə, hamıdan daha çox pul ödəməlidi.

– Özümü də deyə bilərəm? (gülür) Zarafat edirəm. Məncə, Zubir.

– Məşq, oyunlar, səfərlər… Bezmirsən?

– Etdiklərin sevdiyin işin bir hissəsidirsə, bezməməlisən. Mənə xoşdu, zövq alıram.

– “Ferentsvaroş”la oyundan sonra kabab iyi ilə bağlı rəqib futbolçunun dediklərinə sən də reaksiya verdin. Cavab olsun deyə kababı təriflədin, yoxsa həqiqətən sevimli yeməyindi?

– Həmin futbolçunun dedikləri yanlış idi. Kabab Azərbaycanda çox istifadə edilir, onun qoxusu çox hiss edilsəydi, hamı şikayətlənərdi. Məsələn, Portuqaliyada oyun zamanı hansısa balıq yeməyinin iyini hiss edə bilərsən və s. Hər ölkənin spesifikası var. Kabab xoşlayıram, amma xəstəsi deyiləm, həftədə bir dəfə kifayət edir. Anam hazırda bizimlədi, o xoşlayır. Hər gün kabab yeməyin əleyhinə deyil.

– “Qarabağ” azarkeşlərinin hansı hərəkətini, şüarını daha çox xoşlayırsan? Onlara hansı sözün var?

– Telefon işıqlarını hamısı eyni anda yandırırlar – bax, o çox möhtəşəm görüntüdü. Həmişə etsinlər, çox xoşuma gəlir.

– Bakıda ən çox xoşuna gələn, müntəzəm getdiyin, olduğun yer…

– “Deniz Mall” xoşuma gəlir, əla mənzərəsi var. Dağüstü Parkdan şəhərə baxmağı da xoşlayıram.

– Mən “Qarabağ”ın bazasını deyəcəyini düşünmüşdüm…

– Qalmaq, yoxsa baş çəkmək – sualı başa düşməmişdim (gülür).

– Məşq başlamaq üzrədi, vaxtımız tükənir. Səni məşqə yubatsam, Qurbanovun cəriməsi nə qədər olacaq?

– Məni yox, Elvarı cərimələyər. Bəlkə də sizin özünüzü (gülür).

– O zaman təşəkkürlər, burada bitirək.

– Çox sağ ol (azərbaycanca).

VÜSAL MAHMUDOV

blank
Reklam

Reklam


blank
Digər idman növləri2022-12-02 15:51

“Formula 1”: Çin qran-prisi ləğv olundu

blank
Ölkə futbolu2022-12-02 15:30

Avropa Parlamentinin deputatı: “Qarabağ” böyük potensiala malik klubdur”

blank
Dünya futbolu2022-12-02 15:12

Qvardiol “Leypsiq”də xoşbəxtdir, amma…

blank
Ölkə futbolu2022-12-02 14:58

Amil məşqlərə başladı

blank
Dünya futbolu2022-12-02 14:35

Bundestimi Bundesliqada oynayanlar “yıxdı”

blank
Ölkə futbolu2022-12-02 14:19

“Səbail”in zədəliləri sıraya döndü

blank
Dünya futbolu2022-12-02 13:46

“Latsio”da İmmobile sevinci

blank
Dünya futbolu2022-12-02 13:32

Musialanın təsəlli toxunuşları

blank
Digər idman növləri2022-12-02 13:03

“Vüqar Həşimov Memorialı-2022”-nin daha iki iştirakçısı açıqlandı

blank
Ölkə futbolu2022-12-02 12:49

“Sabah” özünə baza tikməyə hazırlaşır

blank
Dünya futbolu2022-12-02 12:38

Almaniya prezidentindən milli komandaya dəstək

blank
Ölkə futbolu2022-12-02 12:09

Yüksək Liqada X turun oyun cədvəli açıqlandı

blank
Dünya futbolu2022-12-02 11:44

Dünya çempionu olduqdan sonra cəmi 3 qələbə

blank
Milli komanda2022-12-02 11:20

“Enrike bu turniri qazana bilsə, çox sevinərəm” – De Byazi

blank
Dünya futbolu2022-12-02 11:05

Bahalı mundialın maraqlı yenilikləri: texnologiya damğa vurur

blank
Dünya futbolu2022-12-02 10:50

DÇ-2022: FİFA Seneqal Futbol Federasiyasını cərimələdi

blank
Dünya futbolu2022-12-02 10:34

Yaponiyadan antirekord, Rodridən rekord

blank
Dünya futbolu2022-12-02 10:08

Müller Almaniya millisindəki karyerasını başa vurdu

blank
Dünya futbolu2022-12-02 09:56

DÇ-2022-də qrup mərhələsinə yekun vurulur – YENİLƏNİR

blank
Dünya futbolu2022-12-02 09:42

Noyer rekordçu, Morata şərik oldu

blank
Premyer-liqa2022-12-02 09:30

“Neftçi” “Qarabağ”a qarşı – YENİLƏNİR

blank
Dünya futbolu2022-12-02 09:28

Belçika yalnız DÇ-30-a görə şükür edir

blank
Dünya futbolu2022-12-02 09:14

Almaniya qrupda qalmağa adət edir

blank
Ölkə futbolu2022-12-02 09:00

“Səbail”, Kerjakova nə gərək var?

blank
Digər idman növləri2022-12-02 01:44

“Murov” Niderland klubuna ilk oyunda məğlub oldu

blank
Premyer-liqa2022-12-02 01:15

“Neftçi” – “Qarabağ” matçının hakimləri bəlli oldu

blank
Ölkə futbolu2022-12-02 00:56

DÇ-2022: Almaniya dayandı, Yaponiya və İspaniya 1/8 finala çıxdı

blank
Ölkə futbolu2022-12-01 23:58

“Neftçi” “Qarabağ”la oyuna hazırlığı başa vurdu

blank
Ölkə futbolu2022-12-01 23:05

“Neftçi”də yeni rəhbərlik: SOCAR prezidenti, təhsil naziri və başqaları var

blank
I Divizion2022-12-01 22:47

“Araz Naxçıvan” Premyer Liqaya gəlməyəcək: sponsorlar geri çəkildi

blank
Premyer-liqa2022-11-29 20:11

“Qəbələ” Sumqayıtdan 1 xalla qayıtdı – VİDEO

blank
Premyer-liqa2022-11-29 17:21

“Turan Tovuz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2022-11-28 21:39

Rəşad Sadıqov: “Belə xallar çempionatın sonunda çox dəyərli olur”

blank
Premyer-liqa2022-11-28 21:27

“Zirə” “Qarabağ”dan belə xal aldı – VİDEO

blank
Premyer-liqa2022-11-28 17:28

“Şamaxı” və “Kəpəz”dən hərəyə 1 qol və 1 xal – VİDEO

blank
Ölkə futbolu2022-11-28 11:21

Fariz Nəcəfov: “Müharibədə ölməkdən bir an belə qorxmamışam” – VİDEO

blank
Premyer-liqa2022-11-27 18:45

Emin Mahmudov het-trik etdi, “Neftçi” 3 xala sevindi – VİDEO

blank
Ölkə kuboku2022-11-23 20:10

“Sabah” 1/4-ə darmadağınla yüksəldi – VİDEO

blank
Ölkə kuboku2022-11-23 18:40

“Zirə” 2 cavabsız qolla 1/4 finalda – VİDEO

blank
Ölkə kuboku2022-11-23 16:54

Rəşad Sadıqov “Mingəçevir” üzərindəki qələbədən danışdı – VİDEO

blank
Ölkə kuboku2022-11-23 11:01

“Səbail” 4 cavabsız qolla 1/4 finalda – VİDEO

blank
Ölkə kuboku2022-11-22 17:45

“Turan Tovuz”a 1 qol bəs etdi – VİDEO

blank
Milli komanda2022-11-20 22:44

Millimizin Skopye zəfəri – VİDEO

blank
Milli komanda2022-11-17 10:21

Millimizin Kişinyov zəfəri – VİDEO

blank
Ölkə futbolu2022-11-16 16:06

“Sabah”dan bombardiri ilə yeni müqavilə

blank
Ölkə futbolu2022-11-14 18:40

Yevlaxda futbol sevinci – VİDEO

blank
Premyer-liqa2022-11-13 20:13

“Qarabağ”ı büdrədən tapıldı – VİDEO

blank
Premyer-liqa2022-11-13 18:04

Qərb derbisində heç-heçə – VİDEO

Premyer-liqa2022-11-13 17:42

Tərlan Əhmədov: “Bu gün məğlub da olsaydıq, komandadan razı qalardım” – VİDEO

blank
Premyer-liqa2022-11-13 17:23

Ayxan Abbasov: “Xal, qələbə üçün çox əziyyət çəkmək lazımdır” – VİDEO

blank
Premyer-liqa2022-11-12 21:55

“Neftçi”dən inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2022-11-12 19:36

Rəşad Sadıqov: “Onlar səviyyəcə digər komandalardan fərqlənirlər”

blank
Premyer-liqa2022-11-12 19:05

“Zirə” “Səbail”i tək qolla yendi – VİDEO

blank
Premyer-liqa2022-11-11 17:24

Şamaxıda 6 qolluq oyun – VİDEO

blank
Premyer-liqa2022-11-09 18:00

“Qarabağ”dan ardıcıl 13-cü qələbə – VİDEO

blank
Premyer-liqa2022-11-09 17:40

“Bu, güclənməyimizə imkan vermir” – Ayxan Abbasov

blank
Premyer-liqa2022-11-09 17:18

“Buna bir çıxış yolu tapmaq lazımdır” – Qurban Qurbanov

blank
Dünya futbolu2022-11-07 10:17

10 futbolçu meydandan qovuldu, “Rasinq” qalib elan edildi – VİDEO

blank
Premyer-liqa2022-11-06 21:46

“Qarabağ”la “Kəpəz” də bacarmadı – VİDEO

blank
Premyer-liqa2022-11-06 18:17

“Səbail” “Sabah”a belə məğlub oldu – VİDEO

Facebook

Gündəm