Dünya futbolu
Kamerun yığmasının üzvü Super Liqa klubunda
Türkiyənin “Ərzurumspor” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Futbolinfo.az xəbər verir ki, Super Liqa təmsilçisi kamerunlu müdafiəçisi Adolf Teykunu transfer edib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Amma 30 yaşlı futbolçu ilə müqavilənin müddəti və digər detalları açıqlanmayıb.
Kamerun yığmasının da üzvü olan Teyku son mövsümü Fransanın “Soşo” klubunda keçirib. O, daha öncə Ukraynanın “Metallurq” (Zaporojye), Rusiyanın “Krasnodar”, “Terek”, Ukraynanın “Çernomorets” (Odessa), Səudiyyə Ərəbistanının “Ohod” klubunda da legioner həyatı yaşayıb.
- Ölkə futbolu2024-04-17 17:17
Kadiri yeni məşqçiyə uyğunlaşır: “Zamana ehtiyacımız var”
- Müsahibə2024-04-18 08:00
Rezabala avrokuboka vəsiqə istəyir: “Səhv etməyə ixtiyarımız yoxdur”
- Müsahibə2024-04-17 16:07
Sekidika çempionatın səviyyəsindən razıdır: “İstənilən komandanı məğlub etmək olar”
- I Liqa2024-04-17 17:34
Apellyasiya Arbitraj Tribunalı AFFA İntizam Komitəsinin qərarını dəyişdi