Dünya futbolu
Kanada millisinin forvardı La Liqa klubunda

İspaniyanın “Valyadolid” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Futbolinfo.az xəbər verir ki, La Liqa təmsilçisi Kanada millisinin və Belçikanın “Brügge” klubunun hücumçusu Kayl Larini icarəyə götürüb.
27 yaşlı forvardın bu mövsümün sonunadək satınalma şərti ilə icarəyə götürüldüyü açıqlanıb.
Larin bu mövsümün əvvəlində Türkiyənin “Beşiktaş” klubundan ayrılaraq “Brügge” ilə 3 illik müqaviləyə imza atmışdı. O, bu komandada 13 oyuna 1 qol vurub.
Kayl karyerası ərzində “Beşiktaş”, “Sulte Varegem”, “Siqma” (Kanada) və “Orlando Siti” də var. O, Kanada yığmasında 57 oyuna 25 qol vurub.

- Ölkə futbolu2023-03-23 12:17
Mikels də “Qarabağ”da
- Milli komanda2023-03-25 01:38
Millimiz Avstriyaya böyük hesabla məğlub oldu
- Milli komanda2023-03-24 13:00
De Byazi Avstriya ilə matçda bu 3 futbolçuya ehtiyac duymadı
- Ölkə futbolu2023-03-24 17:00
“Qarabağ” “Zirə” və “Şamaxı”nın oyunçuları ilə gücləndi – “Qalatasaray”la matç üçün