Dünya futbolu
Kanselu yenə icarədə

“Mançester Siti”nin müdafiəçisi Joau Kanselu icarə əsasında “Barselona”ya keçib. Bu barədə Kataloniya təmsilçisi məlumat yayıb.
Bildirilib ki, 29 yaşlı futbolçunun icarəsi 30 iyun 2024-cü il tarixinədək qüvvədə olacaq.
Qeyd edək ki, “Transfermarkt” Portuqaliya millisinin üzvünün bazar dəyərini 50 milyon avro olaraq qiymətləndirir. Kanselu ötən mövsümün ikinci yarısını icarə əsasında “Bayern”də keçirib və burada Almaniya çempionu olub. O, Bundesliqada 15 oyuna çıxıb, 1 qol vurub, 4 məhsuldar ötürmə edib.

- Premyer-liqa2023-12-03 17:51
“Hakim səhv edir, məni cəzalandırırlar” – Murad Musayev
- Premyer-liqa2023-12-04 22:19
“Ondan hələ tam razı deyiləm” – Qurban Qurbanov
- Ölkə futbolu2023-12-04 11:51
“Neftçi” azarkeşləri qəzəbləndi, şəhidlər unuduldu
- Dünya futbolu2023-12-04 14:31
Şahruddin Məhəmmədəliyev baş məşqçisiz qaldı