Dünya futbolu
Kante fikrini dəyişdi
“Çelsi” N Qolo Kante ilə danışıqları bərpa edib. “Zadəganlar Fransa millisinin üzvünü heyətdə saxlamağa çalışır.
Futbolinfo.az xəbər verir ki, müqaviləsi yayda bitən dayaq yarımmüdafiəçisi Londonda qalmaq istəmir. O, bir neçə dəfə klubun təklifindən imtina edib. Amma son günlər futbolçu müzakirələrə hazır oldğunu bildirib və danışıqlar bərpa edilib.
Bir neçə klubdan təklif alan oyunçu “Barselona”ya getməyi arzulayırdı. Amma İspaniya təmsilçisi konkret addım atmadığından, Kante fikrini dəyişib.
31 yaşlı Mali əsilli fransalı 2016-cı ildən “Çelsi”nin şərəfini qoruyur. O, “zadəganlar”ın düşərgəsinə “Lester”dən gəlmişdi.
- Müsahibə2024-04-18 08:00
Rezabala avrokuboka vəsiqə istəyir: “Səhv etməyə ixtiyarımız yoxdur”
- Ölkə futbolu2024-04-19 21:00
“Sumqayıt” avrokubok iddiasını davam etdirir
- Ölkə futbolu2024-04-19 08:52
Yüksək əmsal “Qarabağ”a əlavə üstünlük verir
- Ölkə futbolu2024-04-18 09:45
Mirzov “Neftçi” ilə yeni müqavilə imzalamayacaq