Ölkə futbolu
Karantindəki Meza Kolli: onun taleyinə bu gün aydınlıq gələcək
Sezar Meza Kollinin “Keşlə”yə qayıdıb-qayıtmayacağı dəqiqləşməyib. Onunla bağlı məsələ gün ərzində həllini tapacaq.
Bakı klubunun baş məşqçisi Tərlan Əhmədovun dediyinə görə, paraqvaylının dönüşündə maraqlıdı, lakin məsələ dəqiqləşməyib: “Yaxın saatlarda bütün suallar aydınlaşacaq. Özü ilə, meneceriylə söhbət etmişik. Ailə problemləri, karantində qalmaq söhbəti, müqavilə şərtləri – çox məsələyə tezliklə aydınlıq gəlməlidi. Bu gün üçün dəqiq heç nə bilinmir. Sezarın nə vaxt gələcəyi də önəmlidi, çünki çəki artımına meylli futbolçudu, hazırlığın ilk mərhələsini buraxıb, formaya düşməsi zaman alacaq, yubanmamalıyıq. Rumıniya klubu ilə problemini tez həll etməlidi. Klubumuzun rəhbəri Zaur Axundovla Sezarın məsələsini müzakirə etmişik, tezliklə qərar verilməlidi. Problemimiz təkcə Meza Kolli deyil, bu il hələ legioner transfer etməmişik. Hücum xəttinə, müdafiəyə yeni oyunçular alına bilər. Hamısı Sezarın məsələsi dəqiqləşəndən sonra bilinəcək. Çünki büdcə də buna imkan verməlidi”.
Əhmədovun dediyinə görə, problem heç də Sezarın maaşı ilə bağlı deyil: “Məncə,məsələnin uzanmasında maliyyənin rolu yoxdu. Sezarın Rumıniya klubu ilə müqaviləsi qarşılıqlı razılıqla həll edilməlidi. Ötən mövsüm bizdə icarə əsasında oynayırdı, yenə sıralarımızda olmasını istəyirik. Amma o, hələ karantindədi, gəlib-gəlməyəcəyi dəqiqləşməyib. Düzü, ötən il nəticə vermiş heyətin vacib fiqurlarının qorunmasında maraqlıyam, Meza Kolli onlardan biridi”.
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”