Dünya futbolu
Karrasko “Barselona”ya gedə bilər – məşqçisi açıqladı

“Atletiko”nun baş məşqçisi Dieqo Simeone Yannik Karraskonun komandada qalmasını istəyir. Argentinalı mütəxəssis belçikalı cinah yarımmüdafiəçisinin çıxışından razıdır. Amma qərarı futbolçu özü verəcək.
Futbolinfo.az xəbər verir ki, Simeone Yannikin ciddi təklifinin olduğunu deyib: “Karraskonun “Barselona”ya keçmək şansı yaranıb. Bu, onun üçün böyük fürsətdir. Mən həmişə ən yaxşı oyunçuların sərəncamımda olmasını istəyirəm, amma Yannik getsə, ona hər şey üçün təşəkkür edəcəm”.
“Barselona” Karraskonun transferi üçün 20 milyon avro təklif etməyə hazırlaşır. Futbolçu bu variantla razılaşmaq niyyətindədir. Transfer alınmasa, o, Madriddə qalacaq.

- Ölkə futbolu2023-09-14 16:51
“Adana Dəmirspor” “Qarabağ”ın daha bir oyunçusuna “elçi düşdü”
- Ölkə futbolu2023-09-15 08:00
CAS-dan qərar gəldi: AFFA və “Sumqayıt” cəzalandı!
- Milli komanda2023-09-15 10:30
“Mane olmasaydılar, ən azı 18-19 qol vurardım”
- Milli komanda2023-09-14 15:10
AFFA pul payladı: yenə məğlubiyyətə görə mükafat