Ölkə futbolu
“Karvan” 20 futbolçu ilə başladı – VİDEO
Region Liqasında mübarizə aparan “Karvan” hazırlıqlarını davam etdirir. Yevlaxlılar mövsümün qalan hissəsi üçün səylə çalışır.
Məşqçilər korpusu komandanı Yevlax şəhər stadionunda təlim-məşq toplanışı üçün bir araya gətirib. Komanda çempionatın növbəti oyununun hazırlığına arenanın ehtiyat meydançasında başlayıb.
Kənan Kərimovun rəhbərliyi altında keçirilən məşq prosesinə 20 futbolçu qatılıb. Klubun müəyyənləşdirdiyi vəzifə qarşıdakı oyundan qələbə ilə ayrılaraq xal ehtiyatını 22-ə çatdırmaq və liderliklərini davam etdirməkdir.
“Karvan”ın baş məşqçisi Kənan Kərimov komandanın hazırlıq prosesindən razı olduğunu və heyətlərini iki futbolçu ilə gücləndirdiklərini bildirib.
Qeyd edək ki, “Karvan” ikinci dövrənin ilk oyununu səfərdə keçirəcək. Yevlaxlılar “Göy Göl” klubunun qonağı olacaq. Yanvarın 22-də baş tutacaq görüş saat 15:00-da start götürəcək.
BƏHRUZ MUSAYEV, Yevlax