I Liqa
“Karvan” 3 legioneri baxışa çağırıb – VİDEO

Növbəti mövsümdən Azərbaycan I Liqasında mübarizə aparacaq “Karvan” hazırlıqlara start verib. Hazırlıq prosesində Kənan Kərimovun rəhbərlik etdiyi məşqçilər korpusu baxışa gələn futbolçuları sınaqdan keçirirlər. Futbolçular seleksiya xarakterli məşq prosesində gənc mütəxəssisin etimadını qazanmağa çalışır.
Futbolinfo.az xəbər verir ki, ümumiyyətlə, baxışa 20 futbolçu dəvət olunub. Yerki futbolçulardan əlavə olaraq, 3 əcnəbi də baxışdadır. Onlardan ikisi iranlı, biri isə gürcüdür.
Seleksiya xarakterli toplanış iyul ayının 10-dək davam edəcək. Daha sonra komanda bir sıra yoxlama görüşündədə qüvvəsini sınayacaq.
Yevlax klubunun baş məşqçisi Kənan Kərimov əsas məqsədlərinin qarşıdakı mövsümdə iddialı komanda formalaşdırmaq olduğunu deyib.
BƏHRUZ MUSAYEV, YEVLAX


