Ölkə futbolu
“Keşlə”: akademiyada ixtisar, legioner transferinə davam
Avropa Liqası ilə erkən vidalaşan “Keşlə”də problemlər bitmir. Klub rəhbərliyi bütün diqqətini əsas komandaya yönəldib, əvəzedici heyət və akademiya da daxil olmaqla, digər strukturlar yaddan çıxıb.
Maraqlıdı ki, burada çalışanların müqavilələri yenilənməyib, iyundan etibarən isə maaşların ödənilməsi dayandırılıb. 3 ayın məvacibinin “arxasına keçən” klub rəhbərliyi ümumiyyətlə, bundan sonra necə olacağını da demir. Əksinə, “Keşlə” ölkədəki işsizlər ordusunu da da böyütmək üçün ixtisarlara hazırlaşır.
Uşaq komandalarına qənim kəsilən klub, həvəskar səviyyəli “Laçi”ni keçməyi bacarmayan əsas komandanı isə gücləndirməyi düşünür. Heyətdəki 8 əcnəbi azmış kimi, baş məşqçi Yunis Hüseynovun tələbi ilə daha 2 legionerin axtarışı davam edir. Halbuki onlardan birinə ayrılacaq vəsaitlə akademiyanın bütün xərclərini qarşılamaq mümkündü.
- Ölkə futbolu2024-04-19 21:00
“Sumqayıt” avrokubok iddiasını davam etdirir
- Premyer-liqa2024-04-19 18:26
“Turan Tovuz” “Sumqayıt”a böyük hesabla məğlub oldu
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq