Ölkə futbolu
“Keşlə”nin aldadılmış futbolçuları dilə gəlir
Yeni mövsümün planlarını cızan “Şamaxı” hələ də futbolçularına olan köhnə borclarını tam ödəməyib. Kubokun qalibi olduqlarına görə vəd edilən mükafata həsrət qalan, bu üzdən rəhbərliyin yeni müqavilə təkliflərini rədd edib klubdan ayrılan futbolçular yavaş-yavaş dilə gəlir.
Son olaraq komandanın sabiq yarımmüdafiəçisi Nicat Qurbanov sosial şəbəkədə bu barədə yazıb. O vaxt “Keşlə” adlanan komandanın digər oyunçusu Vüsal İsgəndərli də paylaşıma biganə qalmayıb, şərh yazıb: “Hələ məndə də yarıdan çoxu qalıb o puldan”.