Dünya futbolu
“Keşlə”nin sabiq hücumçusu qovuldu – Sərxoş halda qəza törətdiyi üçün
Vaxtilə “Keşlə”nin (indiki “Şamaxı”) formasını geyinmiş paraqvaylı hücumçu Lorenso Frutos Argentinanın “Boka Unidos” klubundan qovulub.
Futbolinfo.az xəbər verir ki, buna onun sərxoş vəziyyətdə avtomobil idarə etməsi səbəb olub.
İçkili halda sükan arxasına əyləşən 32 yaşlı forvard ağır yol qəzası törədib. Vəziyyəti dəyərləndirən klub rəhbərliyi təcrübəli oyunçunun müqaviləsinə xitam verib.
Xatırladaq ki, Frutos 2019/20 mövsümündə “Keşlə”də çıxış edib. O, Azərbaycan təmsilçisində meydana çıxdığı 17 oyuna 6 qol vurub.
- Müsahibə2024-04-18 08:00
Rezabala avrokuboka vəsiqə istəyir: “Səhv etməyə ixtiyarımız yoxdur”
- Digər idman növləri2024-04-17 21:46
“Neftçi” finalda “Xəzri”yə rəqib oldu
- Digər idman növləri2024-04-18 17:00
Şahmat Federasiyası yeni loqonun hazırlanması ilə bağlı müsabiqə elan etdi
- Ölkə futbolu2024-04-19 08:00
Juninyoya Niderlanddan da müştəri çıxdı