Dünya futbolu
Keyruş özündən çıxdı: “Sautqeytə İngiltərə, ABŞ barədə sual ver”

İran millisinin baş məşqçisi Karluş Keyruş özündən çıxıb. O, dünən baş tutan mətbuat konfransında suala sualla cavab verib. BBC müxbiri İrandakı eğtişaşlarla bağlı sual verib və belə cavab alıb:
“Eynu sualları niyə Qaret Sautqeytə vermirsən? Zəhmət olmasa, cavab ver. Bu sualı verməyin uyğun zaman olduğunu düşünürsən? Sautqeytə İngiltərə, ABŞ barədə və bu ölkələrin Əfqanıstandan çıxmaları barədə nə düşündüyünü sual verərsənmi?”
