Dünya futbolu
Keytaya üç müştəri
“Lion”, “Milan” və “Tottenhem” – bu üç klub eyni futbolçunu transfer etmək üçün yayı gözləyir. Həmin futbolçunun azad agent olması isə göydəndüşmədir.
Futbolinfo.az xəbər verir ki, Nəbi Keyta “Liverpul”dakı durumundan məmnun deyil. 27 yaşlı qvineyalı bu üzdən İngiltərə klubu ilə müqaviləsini yeniləməkdən boyun qaçırıb. Yayda anlaşması bitən dayaq yarımmüdafiəçisi onunla maraqlanan klublardan birinin düşərgəsinə gedəcək.
2018-ci ildə “Leypsiq”dən transfer olunan futbolçunun Almaniyaya qayıtması da mümkündür. Amma o, daha çox yeni müştəriləri ilə anlaşmaqda maraqlıdır.
- Müsahibə2024-04-18 08:00
Rezabala avrokuboka vəsiqə istəyir: “Səhv etməyə ixtiyarımız yoxdur”
- Ölkə futbolu2024-04-19 21:00
“Sumqayıt” avrokubok iddiasını davam etdirir
- Ölkə futbolu2024-04-19 08:52
Yüksək əmsal “Qarabağ”a əlavə üstünlük verir
- Digər idman növləri2024-04-18 17:00
Şahmat Federasiyası yeni loqonun hazırlanması ilə bağlı müsabiqə elan etdi