Dünya futbolu
Kiyev “Dinamo”sunda Luçesku dönəmi
Ukraynanın “Dinamo” (Kiyev) klubunun yeni baş məşqçisi müəyyənləşib.
Futbolinfo.az xəbər verir ki, Ukraynanın ən titullu klubu bu posta Mirça Luçeskunu gətirib.
75 yaşlı rumın mütəxəssislə “2+1” şərtilə müqavilə imzalanıb. Luçesku son olaraq Türkiyədə işləyərək bu ölkənin millisini çalışdırıb.
Onun məşqçilik karyerasında ən uğurlu dövr Kiyev “Dinamo”sunun əzəli rəqibi olan Donetsk “Şaxtyor”unda 12 il çalışdığı dönəm (2004-16-cı illər) olub. Luçesku 2008/2009 mövsümündə Ukrayna “Şaxtyor”u ilə UEFA Kubokunun (hazırkı Avropa Liqası) qalibi olub. Təcrübəli baş məşqçinin son iş yeri Türkiyə millisi olub.
Xatırladaq ki, Kiyev təmsilçisi bunadək baş məşqçisi olan Aleksey Mixayliçenkoyla bu həftə yollarını ayırıb.

- Ölkə futbolu2023-03-23 12:17
Mikels də “Qarabağ”da
- Milli komanda2023-03-25 01:38
Millimiz Avstriyaya böyük hesabla məğlub oldu
- Milli komanda2023-03-24 13:00
De Byazi Avstriya ilə matçda bu 3 futbolçuya ehtiyac duymadı
- Ölkə futbolu2023-03-24 17:00
“Qarabağ” “Zirə” və “Şamaxı”nın oyunçuları ilə gücləndi – “Qalatasaray”la matç üçün