Müsahibə
Kizito Luvaqa: “İndi daha yaxşı birləşmişik”

“Səbail”in portuqaliyalı hücumçusu Kizito Luvaqanın futbolinfo.az saytına müsahibəsi
– Antalya toplanışı “Səbail” üçün necə keçdi, səmərəli saymaq olar?
– Əlbəttə ki, saymaq olar. Yaxşı toplanış keçdik, gözəl anlar yaşadıq. Mövsümün ikinci yarısına hazırlıq baxımından faydalı alındı.
– Üç yoxlama görüşü keçirsəniz də, qələbə qazana bilmədiniz. Razısınız ki, yoxlama görüşü də olsa, istənilən qələbə kolletivdə motivasiyanı artırır?
– Həmin oyunlarda kifayət qədər imkanlarımız oldu. Rəqib komandaların bəxti bizdən daha çox gətirdi. Onu da unutmayaq ki, bunlar hazırlıq xarakterli oyunlar idi. Düşünmürəm ki, qələbə qazanmamağın motivasiyaya hansısa mənfi təsiri olsun. Biz indi güclü bir ailəyik.
– Yeni baş məşqçi Şahin Diniyevin rəhbərliyi altında çalışmağın asan və çətin cəhətləri nələrdir?
– Baş məşqçi bizi mövsümün qarşıdakı dönəminə uğurlu nəticələr qazanmaq üçün yaxşı hazırlaşdırdı. İndi kollektiv olaraq daha yaxşı birləşmişik.
– Diniyev baş məşqçi postuna gəldikdən sonra daha çox nələrdə dəyişiklik hiss edirsiniz?
– Onu deyə bilərəm ki, çox gözəl təlim-məşq toplanışımız oldu. Bu kollektivin ikinci yarıda uğurlu nəticələr qazanacağına inanıram. Yoxlama görüşlərində də keyfiyyətli komandalarla qarşılaşmağımız inkişafımıza kömək olacaq. Ən əsası odur ki, bu qarşılaşmalarda rəqiblərdən daha çox mübarizə apardıq.
– Baş məşqçi barədə hansı fikirdəsiniz?
– O, həm əla məşqçi, həm də gözəl insandır. Hər kəsi çərçivəsindən çıxmağa, potensialından da artığını ortaya qoymağa həvəsləndirir.
– Diniyevin oyun sisteminə uyğunlaşa bilmisiniz?
– Təbii ki, hər mütəxəssisin öz sistemi olur. Şahin Diniyev də təlim-məşq toplanışında sistemini aşılamağa çalışdı, bizdən nə istədiyini başa saldı. Şəxsən mən baş məşqçinin məndən nələr tələb etdiyini bilirəm. Diqqətimi də artıq rəsmi matçlara yönəltmişəm.
FƏRİD

- Ölkə futbolu2023-03-30 19:53
“Transfer məsələləri ilə menecerim maraqlanır, yayda baxacağıq”
- Ölkə futbolu2023-03-31 11:34
Amin Ramazanov İkardi ilə nədən danışıb?
- Premyer-liqa2023-03-31 17:23
“Turan Tovuz” “Sumqayıt”a doğma meydanda uduzdu
- Ölkə futbolu2023-03-31 10:45
Qurban Qurbanov Şahruddinlə bağlı risk etməyəcək