Dünya futbolu
Klopp imtina etdi, Tuhelə yol açıldı

Yürgen Klopp Almaniya millisində işləmək istəmir. O, təklif gələcəyi təqdirdə qəbul etməyəcəyini açıqlayıb.
Futbolinfo.az xəbər verir ki, təcrübəli mütəxəssis “Liverpul”dakı işinin ürəyincə olduğunu bildirib. Hətta İngiltərə təmsilçisindən ayrılsa belə, klub futbolunda yola davam etmək niyyətində olduğunu söyləyib.
Dünya Çempionatındakı uğursuz çıxışdan sonra Hans-Diter Flikin Almaniya millisinin baş məşqçi postundan ayrılacağı gözlənilir. Onu əvəz etməsi gözlənilən iki əsas namizəddən biri olan Kloppun imtinasından sonra Tomas Tuhelin təyinatı real görünür. “Çelsi”dən ayrıldıqdan sonra işsiz olan mütəxəssis özü də təklif gələrsə, qəbul edəcəyini bildirmişdi.

Reklam
- Ölkə futbolu2023-02-04 09:35
Qurban Qurbanovun nəcib addımını Gəncədə unutmayıblar
- Ölkə futbolu2023-02-04 14:16
“Qarabağ” fanatları Gəncədə problemlə üzləşdi
- Ölkə futbolu2023-02-03 18:31
Bizim Miura: 53 yaşına kimi futbol oynayan “At Əli” – VİDEO
- Premyer-liqa2023-02-04 15:53
“Qarabağ” Gəncədə xal itirdi