Ölkə futbolu
Konfrans Liqası: “Qarabağ”ın rəqibi bəlli oldu

Bu gün Avropa Konfrans Liqasında pley-off mərhələsinin püşkü atılıb.
Futbolinfo.az xəbər verir ki, Azərbaycan təmsilçisi “Qarabağ”ın da rəqibi bəlli olub.
Tədbir Bakı vaxtı ilə saat 17:00-da başlayıb. Avropa Liqasında G qrupunu üçüncü sırada bitirən Ağdam təmsilçisi Konfrans Liqasında öz qruplarında ikinci yeri tutmuş 8 komandadan biri ilə görüşə bilərdi. Azərbaycan çempionunun bəxtinə Belçika “Gent”i düşüb.
Pley-offun ilk oyunları 2023-cü il fevralın 16-da, cavab matçları isə fevralın 23-də keçiriləcək. “Qarabağ” bütün səpələnməmişlər kimi ilk oyunu evdə keçirəcək.
Avropa Konfrans Liqası
Pley-off mərhələsi
Qarabağ (Azərbaycan) – Gent (Belçika)
Trabzonspor (Türkiyə) – Bazel (İsveçrə)
Latsio (İtaliya) – CFR (Rumıniya)
Bodo Qlimt (Norveç) – Lex (Polşa)
Braqa (Portuqaliya) – Fiorentina (İtaliya)
AEK (Larnaka, Kipr) – Dnepr-1 (Ukrayna)
Şerif (Moldova) – Partizan (Serbiya)
Ludoqorets (Bolqarıstan) – Anderlext (Belçika)

- Ölkə futbolu2023-03-23 12:17
Mikels də “Qarabağ”da
- Milli komanda2023-03-25 01:38
Millimiz Avstriyaya böyük hesabla məğlub oldu
- Milli komanda2023-03-24 13:00
De Byazi Avstriya ilə matçda bu 3 futbolçuya ehtiyac duymadı
- Ölkə futbolu2023-03-24 17:00
“Qarabağ” “Zirə” və “Şamaxı”nın oyunçuları ilə gücləndi – “Qalatasaray”la matç üçün