Dünya futbolu
Konfrans Liqası: Türkiyə klubları üçün uğursuz gecə
Bu gün Avropa Konfrans Liqasının qrup mərhələsində 3-cü turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, 8 qrup üzrə ümumilikdə 16 oyun baş tutub.
Türkiyə təmsilçilərindən “Sivasspor” Kosovonun “Balkani” komandasını qəbul edib. Yeddi qolun qeydə alındığı oyun qardaş ölkə təmsilçisinin məğlubiyyəti ilə bitib. “Başakşəhər” isə Latviyada RFS klubunun qonağı olub. Bu matçda isə qapılara qol vurulmayıb.
Avropa Konfrans Liqası
Qrup mərhələsi, 3-cü tur
6 oktyabr
A qrupu
Harts (Şotlandiya) – Fiorentina (İtaliya) 0:3
Qol: Mandraqora, 4. Kuame, 42. Yoviç, 79.
RFS (Latviya) – Başakşəhər (Türkiyə) 0:0
Xal: Başakşəhər – 7. Fiorentina – 4. Harts – 3. RFS – 2
B qrupu
Anderlext (Belçika) – Vest Hem (İngiltərə) 0:1
Qol: Skamakka, 79.
Silkeborq (Danimarka) – Styaua (Rumıniya) 5:0
Qol: Klaynqe, 3. Kusk, 7. Helenius, 35. Tordarson, 58. Adamsen, 71.
Xal: Vest Hem – 9. Anderlext – 4. Silkeborq – 3. Styaua – 1.
C qrupu
Lex (Polşa) – Hapoel (Ber-Şeva, İsrail) 0:0
Vilyarreal (İspaniya) – Austriya (Vyana, Avstriya) 5:0
Qol: Baena, 18. Danjuma, 43. J.Morales, 76; 80; 88.
Xal: Vilyarreal – 9. Lex – 4. Hapoel – 2. Austriya – 1.
D qrupu
Slovaçko (Çexiya) – Nitsa (Fransa) 0:1
Qol: Pepe, 54.
Köln (Almaniya) – Partizan (Serbiya) 0:1
Qol: Markoviç, 9.
Xal: Partizan – 5. Köln – 4. Nitsa – 4. Slovaçko – 2.
E qrupu
Dnepr-1 (Ukrayna) – Vaduts (Lixtenşteyn) 2:2
Qol: Dovbik, 5. Pixalyonok, 78 – Fehr, 26. Qasser, 47.
Alkmaar (Niderland) – Apollon (Limassol, Kipr) 3:2
Qol: Edqor, 16. De Vit, 62. Karlsson, 85 – Josten, 19. Kabral, 71.
Xal: Alkmaar – 9. Dnepr – 4. Vaduts – 2. Apollon – 1.
F qrupu
Molde (Norveç) – Şemrok Rovers (İrlandiya) 3:0
Qol: Braynhildsen, 10; 49. Hussayn, 58.
Gent (Belçika) – Yurqorden (İsveç) 0:1
Qol: Danielson, 37.
Xal: Gent – 7. Molde – 4. Yurqorden – 4. Şemrok Rovers – 1.
G qrupu
Sivasspor (Türkiyə) – Balkani (Kosovo) 3:4
Qol: Ulvestad, 1. E.Yeşilyurt, 75; 90+1 – Taqi, 20. Potoku, 31. Koreniça, 66. Krasniqi, 90+4.
Slaviya (Praqa, Çexiya) – ÇFR (Rumıniya) 0:1
Qol: Yanqa, 45.
Xal: Slaviya – 4. Sivasspor – 4. ÇFR – 4. Balkani – 4.
H qrupu
Pünik (Ermənistan) – Jalgiris (Litva) 2:0
Qol: Juninyo, 43; Otubanyo, 61.
Bazel (İsveçrə) – Slovan (Bratislava, Slovakiya) 0:2
Qol: Pauşek, 35. Kavriç, 45+1.
Xal: Bazel – 6. Pünik – 6. Slovan – 4. Jalgiris – 1.
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”