Bizi izləyin

Ölkə futbolu

Konfrans Liqasından imtina qələbəsi

blank
blank

“Qarabağ” Konfrans Liqasını bəyənmədi. Bu yarışın qrup mərhələsinə vəsiqəni erkən təmin edən ağdamlılar, daha üst səviyyəli turnirlərdə oynamaq üçün səy göstərir.

İndi Avropa Liqasının qrup mərhələsi təmin olunub. Lakin Çempionlar Liqasının pley-offuna kimi gəlmişkən ən nüfuzlu yarışdan imtina etmək mümkünsüzdü. Daha iki uğurlu oyun və tarixində ikinci dəfə qitə nəhənglərini Bakıya gətirmək imkanı…Alınsa, lap əla, alınmasa da zatən mümkün olandan artığı edilib.

“Qarabağ”a inanırdıq, amma doğrusu, “Ferentsvaroş”u Macarıstanda bu qədər amansızca məğlub etmək bir qədər şübhəli görünürdü. Rəqib güclü, səfər ağır idi. Sən demə, “Qarabağ” daha güclü, səfər matçları Qurban Qurbanov üçün daha asan imiş.

Baş məşqçimizin mükəmməl seçimləri özünü doğrultdu, Macarıstan çempionuna göz açmağa imkan verilmədi. İlk dəqiqələrdən riskli hücum taktikası seçən təmsilçimiz, topa daha çox sahib olmaqla oyuna diqtə etdi və layiq olduğu qələbəni qazandı. Müdafiədə diqqətli, yarımmüdafiədə topa hakim, hücumda aqressiv olan “Qarabağ” macarlara bir-birindən gözəl 3 qol vurmaqla istəyinə çatdı.

Kevin Medina və Maksim Medvedev kimi iki aparıcı mərkəz müdafiəçisinin yoxluğunda belə meydan sahiblərinə şans tanımayan “Qarabağ”, Kadi Borgesin dönüşü ilə hücum rəngarəngliyinə nail oldu. Qurbanov bu legioneri hücumun arxasına atmaqla rəqibin dayaq bölgəsinin möhkəmliyini də çözdü və kombinasiyalar sıralandı.

Qələbədə Şahruddin Məhəmmədəliyevin müstəsna rolu da qeyd olunmalıdı. Çox vaxt tənqid olunan qapıçımız kritik seyvləri ilə açar adam oldu. Bir neçə dəfə rəqibin arzusunun üstündən xətt çəkən “Şah” qolla nəticələnən əla hücumu da başlatdı. Onun topu arxada ləngitməməsi növbəti qola və “Qarabağ”ın rahat nəfəs almasına şərait yaratdı.

Məhəmmədəliyevə güvənən Qurbanova da alqış düşür. Baş məşqçi təkcə ona yox, Ramil Şeydayevə, İbrahima Vadjiyə səbr etməsinin də bəhrəsini görür. Eyni zamanda Toral Bayramov peşəkarcasına aldığı qulaqburmadan sonra dünən yüksək səviyyəli futbol sərgilədi. Əsl məşqçi bir oyunu udan deyil, uğurları sıralayan və bunu səbr göstərərək bacarandı.

Polşa və İsveçrə çempionlarının hərəsinə 5, Macarıstan çempionuna 4 qol vuran “Qarabağ” superməhsuldarlıqla irəliləyir. Bunu Avropa səhnəsində, həm də pul qazana-qazana etmək böyük qəhrəmanlıqdı. Ağdam klubu ölkədə futbola sevgini diri tutan, idman imicimizi yüksəldən ən böyük qüvvədi. Və bunu AFFA-nın millidən uzaqlaşdırdığı adam, aldığı hər zərbədən sonra özünü növbəti dəfə sübut edən Qurbanov bacarır.

Ruslar macarlardan daha çox məyusdu. Axı, onların qitədəki ən böyük adı Stanislav Çerçesov diz çökdürülüb. Qonşu ölkə mətbuatında yazılanların, aşağılayıcı fikirlərin ən layiqli cavabı 3:1-lə verildi. Həm də QARABAĞ adı ilə…

Avropa Liqasına vəsiqə təmin edildi, amma ən yaxşısına nail olmaq üçün daha bir fürsət var. Çexiya çempionu “Viktoriya” ilə final ab-havasında keçəcək oyunlara eyni ciddiyyətlə yanaşmaq və son nöqtəni qoymaq lazımdı. Bir dəfə plzenlilərə uduzmuş “Qarabağ” qisas ab-havasına düşməməli, sözünü layiqli oyunla deməlidi. İndi soyuqqanlı olmaq və ümumi uğuru təmin etmək gərəkdi.

FƏRİD

Reklam
blank
Dünya futbolu2022-10-01 23:22

Bundesliqanın liderindən ilk məğlubiyyət

blank
Dünya futbolu2022-10-01 23:05

“Arsenal”la “Çelsi” qalib gəldi, “Liverpul” yenə xal itirdi

blank
Dünya futbolu2022-10-01 22:15

“Qarabağ”ın rəqibindən növbəti qələbə

blank
Premyer-liqa2022-10-01 21:50

Emin Mahmudovla Eddi İsrafilov “Qarabağ”a məğlubiyyət haqda

blank
Premyer-liqa2022-10-01 21:29

Azərbaycan derbisində 4 qol – VİDEO

blank
Ölkə futbolu2022-10-01 21:20

“Bu, hər iki tərəfin adına yaraşacaq jest idi” – Qara Qarayev

blank
Premyer-liqa2022-10-01 21:02

“Qalib gəlsək də, səhvlərimiz çox oldu” – Qurban Qurbanov

blank
Ölkə futbolu2022-10-01 20:50

“Araz Naxçıvan” vahid lider oldu

blank
Premyer-liqa2022-10-01 20:32

“Qarabağ”la növbəti oyunda daha güclü olacağıq” – Regekampf

blank
Premyer-liqa2022-10-01 19:55

“Qarabağ”dan derbidə əzmkar qələbə

blank
Premyer-liqa2022-10-01 18:57

“Turan Tovuz” – “Zirə” matçında 4 qol – VİDEO

blank
Premyer-liqa2022-10-01 18:33

“Rəqib müdafiəsini yara bilmədik” – Ayxan Abbasov

blank
Premyer-liqa2022-10-01 18:10

Rəşad Sadıqov: “Bu şəhərə, kluba xüsusi sevgim var” – VİDEO

blank
Digər idman növləri2022-10-01 17:40

Azərbaycan birinciliyinin ilk qalibləri bəlli oldu

blank
Digər idman növləri2022-10-01 17:26

“Kürü keçək?” Mingəçevirdə “hə” dedilər – VİDEO

blank
Dünya futbolu2022-10-01 16:38

A Seriyasında sentyabrın ən yaxşı oyunçusu

blank
Dünya futbolu2022-10-01 16:13

“Mançester Yuanyted”də ötən ayın ən yaxşı oyunçusu bəlli oldu

blank
Ölkə futbolu2022-10-01 15:31

“Qəbələ” – “Hayduk” matçının biletləri satışa çıxarıldı

blank
Premyer-liqa2022-10-01 15:12

“Neftçi”də “Qarabağ”la oyundan əvvəl “Sağlamlıq durumu” – VİDEO

blank
Dünya futbolu2022-10-01 14:57

“Aston Villa”da daha bir ciddi itki – DÇ-ni buraxacağı dəqiqləşdi

blank
Ölkə futbolu2022-10-01 14:33

Gəncə stadionu ev matçına hazırlaşır: yalnız oturacaqlar dəyişdirilir – VİDEO

blank
Digər2022-10-01 14:15

MEDİA Agentliyinin təşkilatçılığı ilə silsilə seminarlara start verilib

blank
Dünya futbolu2022-10-01 13:56

“Monako”da yeni müqavilə

blank
Ölkə futbolu2022-10-01 13:38

“Neftçi”nin U-11 komandası Almaniyaya yollandı – VİDEO

blank
Dünya futbolu2022-10-01 13:14

La Liqada sentyabrın ən yaxşı futbolçusu

blank
Ölkə futbolu2022-10-01 12:56

“Qarabağ”la oyunda harada səhv etdiyimizi bilirik”

blank
Müsahibə2022-10-01 12:31

Ailton “Neftçi” azarkeşlərini unutmayıb: “Qarabağ” daha təşkilatlanmış komandadır”

blank
Dünya futbolu2022-10-01 12:10

Braziliyalı hücumçuya Azərbaycan klubundan təklif

blank
Digər idman növləri2022-10-01 11:48

Azərbaycanın üç boksçusu AÇ-nin yarımfinalında

blank
Dünya futbolu2022-10-01 11:32

“Qarabağ”ın rəqibi İsveçrə millisinin üzvü ilə gücləndi

blank
Premyer-liqa2022-10-01 21:29

Azərbaycan derbisində 4 qol – VİDEO

blank
Premyer-liqa2022-10-01 18:57

“Turan Tovuz” – “Zirə” matçında 4 qol – VİDEO

blank
Premyer-liqa2022-10-01 18:10

Rəşad Sadıqov: “Bu şəhərə, kluba xüsusi sevgim var” – VİDEO

blank
Digər idman növləri2022-10-01 17:26

“Kürü keçək?” Mingəçevirdə “hə” dedilər – VİDEO

blank
Premyer-liqa2022-10-01 15:12

“Neftçi”də “Qarabağ”la oyundan əvvəl “Sağlamlıq durumu” – VİDEO

blank
Ölkə futbolu2022-10-01 13:38

“Neftçi”nin U-11 komandası Almaniyaya yollandı – VİDEO

blank
Premyer-liqa2022-09-30 22:10

“Qəbələ”dən “Səbail” üzərində qələbə – VİDEO

blank
Dünya futbolu2022-09-28 13:24

“Turan Tovuz”un legioneri millini meydana kapitan kimi çıxardı – VİDEO

blank
Milli komanda2022-09-26 09:29

Yığmamızdan Qazaxıstana 3 cavabsız qol – VİDEO

blank
Milli komanda2022-09-23 10:01

Millimiz Slovakiyada belə qələbə qazandı – VİDEO

blank
Ölkə futbolu2022-09-22 18:33

UEFA “Qarabağ”ın legionerinin vurduğu qolu fərqləndirdi – VİDEO

blank
Ölkə futbolu2022-09-22 12:45

BÖLFƏ FUTBOLU: Mingəçevir stadionunda oturacaqlar yenilənir

blank
Milli komanda2022-09-21 00:30

Qazaxıstan – Azərbaycan matçında 11 qol – VİDEO

blank
Ölkə futbolu2022-09-20 09:21

“Səhvlərdən nəticə çıxardacağıq” – VİDEO

blank
Premyer-liqa2022-09-18 23:35

“Zirə” – “Qarabağ” matçında 8 qol – VİDEO

blank
Premyer-liqa2022-09-18 21:27

“Kəpəz”dən əzmkar qələbə – VİDEO

blank
Premyer-liqa2022-09-18 21:12

“Rauf Əliyevin “Kəpəz”də qalması mümkünsüzdür” – VİDEO

blank
Premyer-liqa2022-09-18 21:02

“Fasilədən səmərəli istifadə etməyə çalışacağıq” – VİDEO

blank
Ölkə futbolu2022-09-18 20:52

Tərlan Əhmədov: “Komanda hələ istədiyim səviyyədə deyil” – VİDEO

blank
Premyer-liqa2022-09-17 21:36

“Qəbələ” “Sumqayıt”ı belə məğlub etdi – VİDEO

blank
Ölkə futbolu2022-09-17 14:44

“Sabah” – “Turan Tovuz” matçında şəhidlərimiz belə anıldı – VİDEO

blank
Premyer-liqa2022-09-16 23:59

“Səbail” “Neftçi” ilə bacarmadı – VİDEO

blank
Premyer-liqa2022-09-16 21:34

“Sabah”dan inamlı qələbə – VİDEO

blank
Ölkə futbolu2022-09-16 20:14

“Neftçi”nin zədəli futbolçularından son xəbər – VİDEO

blank
Ölkə futbolu2022-09-16 11:31

“İdman və Media”da gündəm müzakirəsi – VİDEO

blank
Ölkə futbolu2022-09-16 11:27

BÖLGƏ FUTBOLU: Yevlaxlılar sponsor axtarır – VİDEO

blank
Milli komanda2022-09-15 15:21

“Toplanış və oyunlar təcrübə qazanmaq baxımından əla şansdır”

blank
Ölkə futbolu2022-09-15 13:22

“Nant”ın Bakı gəzintisi və mərkəzi arenada son məşqi – VİDEO

blank
Milli komanda2022-09-14 19:15

Millimizin üzvü Qazaxıstanla matça hazırlığı dəyərləndirdi – VİDEO

blank
Digər2022-09-13 18:00

MOK-un yubileyi: yeni layihəyə start verildi – VİDEO

Gündəm