Ölkə futbolu
“Konyaspor”un baş məşqçisi Mahirdən razı qalıb: “Onu çox bəyəndim”

Türkiyənin “Konyaspor” klubunun baş məşqçisi Aleksandr Stanoyeviç son mövsümü icarə əsasında komandada keçirmiş Azərbaycan yığmasının üzvü Mahir Emrelidən danışıb.
Futbolinfo.az-a açıqlama verən serbiyalı çalışdırıcı yığmamızın hücumçusundan razı qaldığını bildirib: “Onu çox bəyəndim. Ümumi olaraq mövsümdəki performansından danışsam, Emrelidən razı qaldım”.
Stanoyeviç onun “Konyaspor”a transfer olunacağı ilə bağlı xəbərləri isə şərh etməyib.
Qeyd edək ki, Mahir Emreli 12 oyun keçirib və 2 qola imza atıb. Son turun “Beşiktaş”la səfər matçında (3:3) da fərqlənən hücumçu hazırda millinin düşərgəsindədir. O, müqavilə ilə məxsus olduğu Zaqreb “Dinamo”suna qayıdacağını bildirib. Konyalıların Mahiri birdəfəlik transfer edib-etməyəcəyi bəlli deyil.


- Ölkə futbolu2023-09-14 16:51
“Adana Dəmirspor” “Qarabağ”ın daha bir oyunçusuna “elçi düşdü”
- Ölkə futbolu2023-09-13 14:15
“Sabah”da əlcəzairli məşhur hücumçu
- Ölkə futbolu2023-09-15 08:00
CAS-dan qərar gəldi: AFFA və “Sumqayıt” cəzalandı!
- Milli komanda2023-09-14 15:10
AFFA pul payladı: yenə məğlubiyyətə görə mükafat