“Sabah” və “Sumqayıt”ın 2024-2025 mövsümündə Konfrans Liqasının 2-ci təsnifat mərhələsində daha üç potensial rəqibləri bəlli olub.

Futbolinfo.az saytının məlumatına görə, təmsilçilərimiz “Kopenhagen” (Danimarka), “Hapoel” (Beer-Şeva, İsrail) və “Mlada” (Çexiya) ilə qarşılaşa bilər. Çünki adıçəkilən klubların püşkatma zamanı səpələnmişlər sırasında qərarlaşacağı dəqiqləşib.

Bununla da klublarımızın mümkün rəqiblərinin sayı 31-ə yüksəlib. Yalnız Ermənistan komandası “Ararat” Azərbaycan klublarına rəqib ola bilməz.

Belçikanın bir klubu ilə yanaşı, 1-ci təsnifat mərhələsindən yoluna davam edəcək daha 10 komanda “Sabah” və “Sumqayıt”ın potensial rəqibləri olacaq.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp