Niderland millisinin zədəli futbolçusu Ten Kopmeynersin əvəzlənməsi ilə bağlı qərar qəbul edilib. Zədə üzündən AVRO-2024-ü buraxmaq məcburiyyətində qalan “Atalanta” klubunun 26 yaşlı yarımmüdafiəçisini millidə Coşua Zirkze əvəzləyəcək.

“Bolonya” klubunun formasını geyinən 23 yaşlı hücumçu ötən mövsüm meydana çıxdığı 37 oyunda 12 qola, 7 məhsuldar ötürməyə imza atıb.

Qeyd edək ki, AVRO-2024-də Niderland D qrupunda Polşa, Fransa və Avstriya ilə mübarizə aparacaq.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp