Dünya futbolu
Koutinyo Qətərə gedir

Filippe Koutinyo tezliklə klubunu dəyişəcək. Braziliyalı hücumçu karyerasını Qətərdə davam etdirəcək.
Futbolinfo.az xəbər verir ki, Asiya ölkəsində transfer pəncərəsi sentyabrın 10-da bağlanacaq. Bu səbəbdən qarşıdakı 3 gün ərzində keçidin tamamlanması ehtimalı yüksəkdir.
“Aston Villa”nın vidalaşmaq istədiyi oyunçunu “Əl Duhail” heyətinə qatacaq. Amma tərəflər birdəfəlik transfer məsələsində ortaq məxrəcə gələ bilmir. Bu səbəbdən braziliyalının bir mövsümlük icarəyə götürülməsi planlaşdırılır. Ərəblər həm futbolçunun İngiltərədə aldığı maaşı qarşılayacaq, həm də birmingemlilərə müəyyən haqq ödəyəcək.
Koutinyonun Səudiyyə Ərəbistanından da təklifi var idi. Eyni zamanda “Beşiktaş” (Türkiyə) və “Betis” (İspaniya) brazilyalını transfer etməyə çalışırdı. Amma yalnız “Əl Duhail” sonadək keçiddə israr etdi və arzusuna çatmaq üzrədir.
