Dünya futbolu
Krivotsyukdan Polşada ikinci qol – VİDEO
Futbol üzrə Polşa çempionatında 9-cu turun oyunları keçirilib.
Futbolinfo.az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Anton Krivotsyukun formasını geyindiyi “Visla” (Plotsk) da növbəti matçına çıxıb.
Sözügedən kollektiv səfərdə “Şlask” (Vrotslav) ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 1:3.
Krivotsyuk da bu görüşün iştirakçısı olub. O, komandasının start heyətində meydana çıxıb və sonadək mübarizə aparıb. Komandasının yeganə qolunu da millimizin müdafiəçisi vurub. O, ilk yarım saatın tamamında komanda yoldaşının ötürməsini dəqiq baş zərbəsi ilə qola çevirib. Müdafiəçi 34-cü dəqiqədə sarı vərəqə ilə də cəzalanıb.
Bu, Krivotsyukun Polşa çempionatında ikinci qoludur. O, 4-cü turda səfərdə “Pyast”a 3:4 hesabıyla uduzduqları matçda da fərqlənmişdi.
“Visla” 9 turdan sonra 10 xalla 18 kollektiv arasında 10-cu pillədə qərarlaşıb.
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”