Dünya futbolu
Krivotsyuksuz darmadağın

Futbol üzrə Polşa çempionatında 33-cü turun oyunları keçirilib.
Futbolinfo.az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Anton Krivotsyukun formasını geyindiyi “Visla” (Plotsk) da növbəti matçına çıxıb.
Sözügedən kollektiv səfərdə “Krakoviya” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 0:3.
Krivotsyuk bu görüşün iştirakçısı olmayıb. Onun adı qarşılaşmanın iştirak ərizəsinə də daxil edilməyib.
Plotsk “Visla”sı 33 turdan sonra 45 xalla 18 kollektiv arasında 7-ci pillədə qərarlaşıb.

-
Ölkə futbolu2022-05-12 11:01
Elxan Məmmədovun biznes imperiyası
-
Ölkə futbolu2022-05-12 19:48
Fərid Qayıbov: “Premyer Liqada komanda sayının çox olmasını istərdim”
-
Premyer-liqa2022-05-12 20:54
“Qarabağ”dan “Sumqayıt”a 5 cavabsız qol
-
I Divizion2022-05-13 17:24
1-ci divizionda bütün oyunların vaxtı dəyişdirildi