Bizi izləyin

Ölkə futbolu

Kubok nağılı bitdi, Baxşıyev həqiqəti ortaya çıxartdı

blank
blank

Nağıl bitdi, real həyat başlayır. Mövsümü titulla başa vurmaq üçün kuboku hədəf göstərən bakılıların artıq belə bəhanəsi yoxdur. O mükafatı oyunu ilə daha layiq olan qazandı.

Dünənki finalın favoriti “Neftçi” sayılsa da, meydanda daha istəkli oynayan “Qəbələ” idi. Oyun boyu rəqibindən üstün olan bölgə təmsilçisi layiq olduğu qolu əlavə vaxtda vura bildi. Daha az büdcə ilə daha doğru transferlər edən, heyəti düzgün komplektləşdirən əyalət klubu Emin Mahmudovdan asılı olan rəqibindən fərqli olaraq, arzusuna komanda oyunu ilə çatdı.

Matçda qol epizodları çox olmasa da, gərgin mübarizəyə şahid olduq. Sanki döyüşə çıxıbmış kimi oynayan futbolçular qələbə üçün əlindən gələni etdi. Lakin qələbəni məşqçisi daha ağıllı tərpənən komanda qazandı.

“Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev hücumların əsasən sol cinahdan qurulmasını tapşırmışdı. Təsadüfi deyil, burada – “Neftçi”nin sağ qanadında qərarlaşan İsmayıl Zülfüqarlı və Ömər Buludov zəif bənd kimi seçilmişdi. Onları sığortalamalı olan Solomon Kvirkveliya isə onlardan da betər idi. Əsas vaxtda bakılıların qapısına məhz bu cinahdan yönələn hücumlar qol olmasa da, Baxşıyevin iki uğurlu dəyişikliyi həlledici oldu. Sol qanadı təşkil edən Ürfan Abbasovla Omar Hani meydana çıxdıqdan az sonra penalti qazandılar və İsnik Alimi qələbə qolunu vurdu.

Laurentsiu Regekampf isə vəziyyəti dəyişmək üçün heç nə edə bilmədi. Edilən əvəzetmələrlə komanda bir az da kökdən düşdü, orta sahə rəqibə təslim edildi. Rumın məşqçi rəqib tərəfindən tam bloklaşdırılan Emin Mahmudovun “azadlığa çıxması” üçün heç nə düşünməyi bacarmadı. Bu minvalla daha bir 120 dəqiqə oynanılsaydı, yəqin “Neftçi” yenə qol vura bilməzdi. Kəsəsi, uğursuzluq doğru heyət yığa bilməyən rəhbərliyin, əldə olan futbolçulardan doğru istifadə etməyən məşqçinin günahıdır.

Baxşıyev Azərbaycan Kubokunu qazanan 16-cı məşqçi oldu. Bu, onun ilk titulu idi. İllik maaşı Regekampfın iki aylıq əməkhaqqısından da az olan, əcnəbi sevgisinin kölgəsində işi lazımi dəyər görməyən Elmar bəy layiq olduğu medalı boynundan asdı. Düzdü, o da hələ ideal məşqçi deyil, amma avantüraçı rumından daha bacarıqlı olduğunu isbatladı.

“Qəbələ” “Qarabağ”ı kubok mübarizəsndən kənarlaşdıranda iddiasını ortaya qoymuşdu. Premyer Liqanın ən yaxşısını dayandıran kollektiv titula layiq idi və bunu son oyunda bir daha isbatladılar. Azərbaycan üçün xarakterik olan senari təkrarlandı – milyonlar əcnəbilərə verilir, uğuru yerlilər qazanır.

Yəqin ki, məyusluqdan mükafatlandırma mərasiminə qatılmayan “Neftçi” rəhbərliyi təcili şəkildə islahatlara başlamalıdır. İstefa şüarlarını stadionda səsləndirilən musiqi sədaları ilə gizlətmək mümkün oldu, amma turnir cədvəli, titul siyahısı göz önündədir. “Neftçi” əsl iddialı olmayana qədər Azərbaycan çempionatında gərgin mübarizədən, amansız rəqabətdən danışa bilməyəcəyik. Bakılılar heç olmasa, qarşıdakı mövsüm üçün doğru transferlər etməli, heyəti gücləndirməlidir.

Və uzun müddət güvənilməsi mümkün olan, işi ilə diqqət çəkən məşqçiyə ehtiyac var. Regekampf “Neftçi”nin yükünü çəkəcək adam deyil. Rumın məşqçi ötən mövsüm 3-cü, 4-cü variant kimi Bakı klubuna gətirilmişdi. Rəhbərlik yubanmış, daha yaxşı məşqçilərlə danışıqlar ya gecikmiş, ya da ciddiyə alınmamışdı. Belədə “ehtiyatın ehtiyatı” olan variant kimi Laurentsiu gətirilmişdi. Onun işini isə artıq bir ildir gör(m)ürük.

İstirahət haqda düşünmək lazım deyil. Ən tez zamanda məşqçi ilə, heyətin qurulması ilə bağlı doğru qərarlar verilməlidir. Növbəti dəfə yubanma olsa, gələn il bu vaxt hazırda oxuduğunuz cümlələri təkrarən xatırlayacağıq.

“Qəbələ” yə gəlincə, qalibi mühakimə etmirlər. Lakin rəhbərlik bu heyəti qorumalı, gücləndirməlidir. Hər yay heyət başdan-ayağa dəyişəcəksə, davamlı uğurdan danışa bilməyəcəyik. Hazırda başqa klublarla yeni mövsümün planlarını cızan futbolçuları düşərgədə saxlamaq üçün BÖYÜMƏK LAZIMDIR.

FƏRİD

Reklam

Reklam


blank
Dünya futbolu2023-09-16 01:15

“Alaves” səfərdən xalsız döndü

blank
Dünya futbolu2023-09-16 01:02

PSJ doğma meydanda uduzdu

blank
Dünya futbolu2023-09-16 00:42

“Qarabağ”ın rəqibindən “Bayern”lə məhsuldar heç-heçə

blank
Ölkə futbolu2023-09-15 23:45

“Zəngəzur” Avropa kubokunun yarımfinalında

blank
Ölkə futbolu2023-09-15 23:20

Hüseynov darmadağını kənardan izlədi

blank
Ölkə futbolu2023-09-15 22:55

“Qarabağ” – “Molde” oyununun biletləri satışa çıxarılacaq

blank
Milli komanda2023-09-15 22:25

“Üç xalı itirən tərəf biz olduq” – Borisov

blank
Milli komanda2023-09-15 21:52

Millimiz məğlubiyyətlə başladı

blank
Premyer-liqa2023-09-15 20:50

“Sumqayıt” “Zirə”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-09-15 20:30

“Daha artığını etmək lazım idi” – Samir Abasov

blank
Premyer-liqa2023-09-15 20:06

“Qərəz olduğuna inanmıram” – Rəşad Sadıqov

blank
Digər idman növləri2023-09-15 19:34

Voleybol məşqçiləri üçün keçirilən beynəlxalq seminar başa çatıb

blank
I Liqa2023-09-15 19:15

“Qaradağ Lökbatan”la “Şamaxı”dan heç-heçə

blank
Premyer-liqa2023-09-15 18:59

“Zirə” “Sumqayıt”ı məğlub yola saldı

blank
Ölkə futbolu2023-09-15 18:20

Şeydayevdən iki məhsuldar ötürmə

blank
Digər idman növləri2023-09-15 17:58

Dünya çempionatı başlayır: rusların qayıdışı nəticələrə təsir göstərəcək

blank
Digər idman növləri2023-09-15 17:44

Basketbol yığmamız dünya reytinqində gerilədi

blank
Digər idman növləri2023-09-15 17:33

Milyarder qızından inamlı qələbə

blank
Digər idman növləri2023-09-15 17:14

AÇ-də gümüş medal qazanan Azərbaycan millisi təltif edildi

blank
Dünya futbolu2023-09-15 17:00

“Arsenal”da vida olacaq

blank
Digər idman növləri2023-09-15 16:47

“Maklaren” yalnız bir maşınını yeniləməyə macal tapdı

blank
Ölkə futbolu2023-09-15 16:30

AFFA cərimə olunmayıb

blank
Digər idman növləri2023-09-15 16:10

AÇ: Azərbaycan şahmatçıları komanda hesabında birinci oldular

blank
Digər idman növləri2023-09-15 15:55

Azərbaycan qılıncoynadanları Antalyada hazırlıq keçirlər

blank
Ölkə futbolu2023-09-15 15:38

Yığmamızın növbəti oyununun hakimləri açıqlandı

blank
Ölkə futbolu2023-09-15 15:20

“Sumqayıt”a kəsilən cərimənin detalları

blank
Dünya futbolu2023-09-15 15:01

Avqustun ən yaxşıları

blank
Dünya futbolu2023-09-15 14:44

Fransa klubundan Mərakeşə dəstək

blank
Ölkə futbolu2023-09-15 14:29

“Zəngəzur” 1/4 finala vəsiqə qazandı

blank
Ölkə futbolu2023-09-15 14:14

AFFA rəsmisi Millətlər Liqasının oyununa təyinat aldı

blank
Premyer-liqa2023-09-15 20:50

“Sumqayıt” “Zirə”yə belə məğlub oldu – VİDEO

blank
Ölkə futbolu2023-09-13 22:05

“İnter”in sabiq hücumçusu rəsmən “Sabah”da

blank
Ölkə futbolu2023-09-06 00:40

Mirzovun “Neftçi”yə keçidi rəsmiləşdi – VİDEO

blank
Ölkə futbolu2023-09-05 15:20

“Qalatasaray”ın sabiq hücumçusu “Sabah”da – RƏSMİ

blank
Premyer-liqa2023-09-03 22:21

“Qarabağ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-03 20:10

“Araz-Naxçıvan” “Kəpəz”ə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-02 23:13

“Sumqayıt”ın ilk məğlubiyyəti – VİDEO

blank
Premyer-liqa2023-09-02 21:50

“Qəbələ” “Zirə”ni belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-01 21:47

“Sabah” “Turan Tovuz”a belə məğlub oldu – VİDEO

blank
Ölkə futbolu2023-08-31 23:21

“Qarabağ”ın futbolçuları qrupa vəsiqəni belə bayram etdilər – VİDEO

blank
Premyer-liqa2023-08-27 23:59

“Kəpəz” “Qarabağ”dan belə xal aldı – VİDEO

blank
Premyer-liqa2023-08-27 21:51

“Neftçi”dən ilk qələbə – VİDEO

blank
Premyer-liqa2023-08-26 22:30

“Zirə” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-08-26 20:29

Şahin Diniyev: “İlk qolu yaxşı vaxtda vurduq” – VİDEO

blank
Premyer-liqa2023-08-26 19:53

Tovuzda 4 qol – VİDEO

blank
Premyer-liqa2023-08-25 22:56

“Sumqayıt”dan ilk xal itkisi – VİDEO

blank
Premyer-liqa2023-08-20 23:38

“Sabah”la “Neftçi”nin heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-08-20 21:45

“Qarabağ” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-08-18 23:17

“Kəpəz” “Turan Tovuz”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-08-18 20:23

Azər Məmmədov: “Bu şərait və büdcə ilə razılaşmışamsa…” – VİDEO

blank
Premyer-liqa2023-08-18 20:17

“Gəncədə “Kəpəz”i məğlub etmək çox çətindir” – VİDEO

blank
Ölkə futbolu2023-08-18 09:45

“Neftçi” “Beşiktaş”la səfərdə də bacarmadı – VİDEO

blank
Ölkə futbolu2023-08-18 09:32

“Sabah” Belqradda belə uduzdu – VİDEO

blank
Ölkə futbolu2023-08-18 09:16

“Qarabağ” pley-offa belə adladı – VİDEO

blank
Premyer-liqa2023-08-14 23:36

“Neftçi”nin “Səbail”lə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-08-13 22:12

“Qarabağ”dan darmadağın – VİDEO

blank
Premyer-liqa2023-08-13 00:12

“Kəpəz” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-08-12 21:32

“Qəbələ” yenə məğlub oldu – VİDEO

blank
Dünya futbolu2023-08-11 12:00

“Neftçi” “Beşiktaş”a belə uduzdu – VİDEO

blank
Ölkə futbolu2023-08-11 11:32

“Sabah”ın “Partizan” üzərindəki inamlı qələbəsi – VİDEO

Facebook

Gündəm