Jül Kunde haqqında gəzən şayiələrə aydınlıq gətirib. Fransalı müdafiəçi “Barselona”dan ayrılmaq istəmədiyini bildirib.

Futbolinfo.az xəbər verir ki, son günlər xarici mətbuatda Fransa millisinin üzvünün komandadakı mövqeyindən narazı olduğu, mərkəz müdafiəçisi ikən cinahlarda oynadılmasından xoşlanmadığı yazılırdı. Belə ki, futbolçu bu səbəbdən İspaniyanı tərk etmək istəyirdi. Ötən yay onu ala bilməyən “Çelsi”nin 55 milyon avro ödəyərək transferi reallaşdıracağı deyilirdi.

Kunde açıqlama verərək heç bir problem olmadığını deyib: “100 faiz əminliklə deyirəm – “Barselona”dan heç bir zaman ayrılmaq istəmədim və ayrılmayacağam. Yazılanlara ciddi önəm vermirəm və heç yerə getmirəm”.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp