Dünya futbolu
Kvaratsxeliya çempionluğa köklənib
“Napoli” ilə ilk İtaliya çempionluğunu qazanmağa köklənmiş Xviça Kvaratsxeliya hazırda heç bir transfer təklifi ilə maraqlanmır” – bunu gürcü futbolçunun meneceri deyib.
Bir çox ingilis klubunun, həmçinin Xviçanın azarkeşi olduğu “Real”ın cinah hücumçusunu almaq istədiyi barədə xəbərlər dolaşır. Amma futbolçu özü hələ ki, bu barədə düşünmür: “Kvaratsxeliya “Napoli” ilə çempion olmağa köklənib. Dəvətlər gəlir, amma indi heç biri barədə danışmağın zamanı deyil. Futbolçu Neapolu, klubu sevir və qalmağın əleyhinə deyil. Hər şeyə yayda aydınlıq gələcək”.
“Napoli” ilə 2027-ci ilin yayına kimi müqaviləsi olan gürcü hazırkı klubundan yeni müqavilə təklifi də almayıb.