Müsahibə
Kvirkviya azarkeşlərə haqq verir: “Utancverici durumdur”

“Kəpəz”in futbolçusu Mate Kvrikviyanın futbolinfo.az saytına müsahibəsi
– “Səbail”lə evdə uduzdunuz. 0:3 hesablı məğlubiyyəti necə şərh etmək olar?
– Bu nəticə hamı üçün çox pisdir. Açığı, durumu utancverici adlandırardım. Azarkeşlər üçün meydana çıxıb vəziyyəti düzəltməliyik. Növbəti oyunlarda qalib gəlməliyik.
– Çempionatın əsas favoritlərindən “Neftçi”ni məğlub etdiniz, “Qarabağ”dan xal aldınız, amma digər oyunlarda xallar itirdiniz, evdə məğlub oldunuz. Belə qəribəliyin, qeyri-sabitliyin səbəbi nədir?
– Bəli, liderlərdən xal aldıq, amma əsas rəqiblərə uduzduq. Heç nə demək olmur, bu, bizim günahımızdır. Çox danışmaq olmur. Səhvlərimiz var, olanların üzərində işləməli, düzəltməliyik.
– “Kəpəz” evdə 3 oyundur ki, uduzur. Bu vəziyyəti necə dəyişəcəksiniz?
– Bundan çıxmaq üçün yollar axtarmalıyıq, çalışmalıyıq. Əlimizdən gələni etməliyik ki, hər şey yaxşılığa doğru dəyişsin. Buna ümidimiz də, potensialımız da var.
– Azarkeşlər artıq durumdan ciddi narazıdır…
– Onların narazılığı haqlıdır. Evdə ardıcıl 3 oyunda uduzduq. Özümüzü tənqidə layiq sayıram. Bizim borcumuz onlara qulaq asmaq, nəticə çıxarmaq və gələcəkdə səhvlərə yol verməməkdir.
– Qarşıda “Sabah”la çətin oyun var. Nəticə qazanmaq mümkün olacaq?
– “Sabah” da bizim kimi qələbə qazana bilmir. Biz də çox oyun itirmişik. Oyunlar çətin keçsə də, qələbə qazanmağa çalışacağıq. Səfərdə qalib gəlmək istəyirik.
ABBAS

- Premyer-liqa2023-09-18 13:00
Klublarımızın yay bazarlığı – YENİLƏNİB
- Müsahibə2023-09-18 10:48
“Neftçi”nin legioneri ekspert oldu: “Rəhman Hacıyev istedadını meydanda göstərə bilmirdi”
- Premyer-liqa2023-09-17 21:23
“Qarabağ” “Sabah”ı məğlub yola saldı
- Ölkə futbolu2023-09-18 08:00
Sabaha ümid verməyən “Sabah”