Dünya futbolu
La Liqa klubunda yeni baş məşqçi
İspaniyanın “Qranada” klubunun yeni baş məşqçisi müəyyənləşib.
Futbolinfo.az xəbər verir ki, La Liqa təmsilçisini Aytor Karanka çalışdıracaq.
Karankanın yeni komandası turnir cədvəlində 17-ci pillədədir. “Qranada” son iki matçda “Levante”yə 1:4, “Sevilya”ya 2:4 hesabı ilə uduzub.
Karankanın son iş yeri ötən il ayrıldığı İngiltərənin “Birmingem” klubu olub. O, 2010-13-cü illərdə “Real”da Joze Mourinyonun köməkçisi kimi çalışıb.
Karankadan öncə “Qranada”nı baş məşqçi vəzifəsini icra edən Ruben Torresilya çalışdırırdı.